• Qaraciyərin dadlı bişirilməsinin qaydaları

Reseptin məlumatları Baxış sayı: 88

Tarix : 7.05.2019, 10:00

Bölmə : Məsləhətlər




Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır.

1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır. Bu o deməkdir ki, öd kisəsi zədələnib və qaraciyərin dadı acı olacaq.

2. Bişirdikdən əvvəl qaraciyərdən bütün damarları kəsin və üzərində olan plyonkanı çıxardın. Plyonkanın daha asan çıxması üçün qaraciyəri qabaqcadan 2-3 dəqiqə ilıq suda saxlayın.

3. Qaraciyərin yumşaq alınması üçün onu tikələrə doğrayın, üzərinə bir az soda töküb 1 saat saxlayın, sonra suda yuyun.

4. Qaraciyəri soyuq süddə saxlamaqla onu daha yumşaq etmək olar. Südə bir az şəkər tozu tökün, bu qaraciyəri daha dadlı edir.

5. Qaraciyəri çox qızartmaq olmaz. Bu halda o quru olacaq. Qaraciyəri əvvəl açıq tavada 3-5 dəqiqə qızardın, sonra tavanı kip örtüb hazır olana qədər vam odda bişirin.

6. Qaraciyəri soğan və köklə bişirin. Bu qaraciyəri daha dadlı edir.

7. Qaraciyərə hazır olana yaxın duz vurun. Əks halda qaraciyər bərk olacaq.
loading...

Etiketlər: Qaraciyəri, olacaq, qaraciyəri, qaraciyər, yumşaq, dadlı, üzərində, sonra, saxlayın, dəqiqə, Qaraciyərin, əvvəl, halda, olana, bişirin, hazır, töküb, soğan, soyuq, köklə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN