• Antrikot necə bişirilir?

Reseptin məlumatları Baxış sayı: 7 197

Tarix : 26-06-2019, 10:00

Bölmə : Məsləhətlər


Bu gün sizlərə bəzi ipuclarına diqqət etmədikdə təəssüf ki, suyunu itirən və yeməsi çətin hala gələn dana antrikotu necə daha ləzzətli və sulu bişirəcəyinizdən bəhs edəcəyəm. Bu üsul ən az 1 barmaq qalınlığında dilimlərə bölünmüş və incəldilmiş ətlər üçün idealdır.

Hər kəsin evində özünə aid bir üsulu mütləq vardır. Bəziləri qrildə, ya da tavada kimisi isə sobada ətini bişirir. Bu gün uzun zaman əvvəl mətbəx məktəbində öyrəndiyimiz və ecazkar bir üsulu sizə danışacağam. Bişirməyə tökmə tavada möhür vuraraq başlayacaq, sobada bitirəcəyik.

Sulu olmasını istədiyimiz ətin suyunu içində həbs etmək üçün apardığımız metod ətə möhür vurmaqdır.

Ətə möhür vurmaq nədir? Əvvəl buradan başlayaq.

Əti möhürləmək əvvəlcədən isitdiyimiz və yüksək temperatura gətirdiyiniz tavada ətin hər iki üzünü də incə bir qabıq əmələ gətirəcək şəkildə qızartmaq və suyunu içinə həbs etmək deməkdir. İncə yəni döyülmüş ətlərdə də bunu etmək olar, amma zaman yaxşı nizamlanmasa ət quruyar və saman kimi olar. Bundan başqa, incə ətin bişirilməsi tavada tamamlanacağı üçün qətiyyən sobaya verməyə ehtiyac yoxdur.

Əgər ətin incə və tavada bişirməyə güvənmədikdə, əti marina edin.

Ətiniz hər iki üzünü də 2 dəqiqə möhür vurduqdan sonra əvvəlcədən soba nimçəsini də içində qızdırdığınız sobaya alaraq bişirmə əməliyyatını asanlıqla tamamlaya bilərsiz. Beləliklə antrikotun kənarları yanarkən içinin çiy qalma riskini də ortadan qaldırmış olarsınız.

Sobada bişirmə prosesində müəyyən müddətlər dövrəyə girir. Bunlar aşağıdakı kimidir;

Orta bişmiş ət üçün: 5 dəqiqə
Orta yaxşı bişmiş ət üçün: 7 dəqiqə
Yaxşı bişmiş ət üçün: 10 dəqiqə

(Yuxarıdakı müddətlər 180 q ağırlığında incəldilməmiş dana antrikotun sobada bişirmə müddətləridir).
Etiketlər: tavada, möhür, dəqiqə, sobada, etmək, bişirmə, bişmiş, suyunu, üzünü, antrikotun, yaxşı, sobaya, içində, üsulu, əvvəlcədən, zaman, müddətlər, Yuxarıdakı, verməyə, qətiyyən
BİZİ İZLƏYİN