• Yemək bişirən hərkəsin bilməsi gərəkən 15 faydalı məsləhət

Reseptin məlumatları Baxış sayı: 422

Tarix : 1.01.2020, 14:00

Bölmə : Məsləhətlər




Yemək bişirmək əslində çox da çətin bir iş deyil, sadəcə bəzi incəlikləri öyrənmək lazımdır. Beləliklə, mətbəxdə keçirdiyiniz müddəti qısalda, daha ləzzətli nəticələr əldə edə və israfı qarşısını ala bilərsiz.

Sobada tərəvəz bişirirsinizsə, sobanız əvvəlcədən qızdırarkən məcməyini də içinə qoyun və tərəvəzləri qaynar boşqaba yerləşdirin. Beləcə sürətlə bişməyə başlayacaqlar.

Xəmir işlərinin üzərinə yumurta sürərkən fırçanız yoxsa bir parça soba kağızını bir neçə dəfə qatlayıb kənarlarını kəsərək praktik bir fırça yarada bilərsiz.

Şəkər kirşanı yoxsa toz şəkəri bir qəhvə, ya da istiot üyüdənindən keçirib öz kirşanınızı hazırlaya bilərsiz.

Soğan qovurarkən yanmağa başladıqlarını düşünürsünüzsə tavaya 1 kub buz atın. Sürətlə soyuyacaq və su da qısa müddət ərzində buxarlaşacaktır. Beləliklə, soğanların yanmasını qarşısını almış olarsınız.

Kinoa, əsmər düyü, bulqur kimi ərzaqları qaynadarkən, suya 1 poket ətirli çay əlavə etsəz, yeməkləriniz daha xoş ətirli olmasını təmin edəcəksiz.

Əgər biçaqlarınız kütləşibsə və itiləmək imkanınız yoxdursa, diş-diş olan çörək bıçağını etmək olar. Mişar kimi quruluşu ilə həyat qabiliyyətini itirmiş biçağınızdan daha yaxşı iş çıxaracaqdır.

Yumurtaların təravəti mövzusunda qutunun üstündəki tarixlərə güvənmək əvəzinə yumurtalarınızı bir stəkan suya qoyun. Təzə stəkanın dibinə batar, bayat üzür.

Tezliklə donub qatılaşan kremli makaron, risotto kimi yeməkləri, sobanızın altındakı siyirtməyə qoyub qızdırdığınız boşqablarda süfrəyə etsəniz qatılaşma prosesini ləngidəcəksiniz.

Bİr az çiy olan bananları qısa müddətdə yetişdirmək və şirinləşdirmək istəyirsinizsə etməyiniz lazım olan çox sadə: Qabıqlı bananı soba kağızı sərilmiş bir qazana və ya boşqaba qoyub qızınmaqda olan sobaya və ya mikrodalğalı sobaya atın. Qabığı qaraldığı anda bananınız yetişmiş deməkdir.

İspanaq, pazı kimi yaşıl yarpaqlı tərəvəzlərin çürüməyə üz tutduğunu görür, amma dərhal bişirmə imkanı tapmadıqda, kilidli bir poşetdə soyuducuya atmağınız kifayətdir. Daha sonra çıxarıb şorbadan omletə bir çox tərifdə istifadə etmək olar.

Sobada bütün toyuq bişirərkən ayaqlarını bağlamaq, onun daha balanslı bişməyini və şəklini qorumasını təmin edir. Ancaq bunu kəndirlə etmək əvəzinə toyuğun dərisinin iki tərəfinə kəsik atıb sümüklərin uclarını buralara yerləşdirə bilərsiz.

Pörtmüş yumurtaların asanlıqla soyulmasını istəyirsinizsə isti suda bişirmək əvəzinə buxarda bişirin. Səbətə qoyub isti suyun üzərində 15-16 dəqiqə tutduğunuz yumurtalar asanlıqla soyulacaq.

İsrafçılıqdan qaçmaq üçün un, şəkər kimi quru materialları tanınmadan əvvəl ölçü qabının altına bir parça soba kağızı yayın. Beləliklə ölçmə prosesi zamanı tökülənləri asanlıqla toplayıb geri qoyacaqsınız.

Soyuducu poşetinə maye bir şeylər tökəcəksinizsə əvvəl poşeti çuxur bir kasanın içinə oturdun. Kənarlarını kasanın altına doğru aparın. Doldurma prosesini bundan sonra edin. Eyni şeyi bəzəmə torbasına krem doldurarkən də edə bilərsiz.
Etiketlər: bilərsiz, qoyub, asanlıqla, əvəzinə, etmək, Beləliklə, Sobada, qarşısını, əvvəl, altına, boşqaba, təmin, qoyun, kağızı, içinə, ətirli, istəyirsinizsə, yoxsa, parça, bişirmək
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN