• Duzu ancaq yeməyə tökməyin...

Reseptin məlumatları Baxış sayı: 14 425

Tarix : 11-06-2015, 14:00

Bölmə : Məsləhətlər


Duz sadəcə yeməklərimizə dad qatmır. Mətbəxdə müxtəlif məqsədlər üçün də istifadə olunur.

Soyuducunu su, duz və soda qarışımı ilə təmizləsəniz, pis qoxulardan xilas ola bilərsiz.

Qazdakı yağ və kif ləkələrinin üzərinə duz və limon suyu əlavə edib ovalasanız, asanlıqla təmizləyə bilərsiz.

Həmişə qəhvə, çay hazırladığınız çaydanın içinə duz və buz qoyub çalxalayın. Tərtəmiz olacaq.

Qırmızı şərab tökülən yerə dərhal duz əlavə edin. Şərabın yarısını duz əməcək, qalan qismini soyuq suyla yuyun.

Yağ yapışan tavaya duz əlavə edib kağız dəsmalla təmizləyin.

Masadakı su ləkələrinin üzərinə duz və zeytun yağı töküb ovalasanız, ləkələr gedəcək.

Geyimlərinizin qoltuqaltında yaranan tər ləkələrini təmizləmək üçün isti suya 4 qaşıq duz qatın və ləkəli hissəni bu qarışımla sürtün.

Soyuq duzlu suya geyimin qan batan bölgəsini basıb saxlayın. Sonra ilıq suyla yuyun.

Qapının girişinə duz töksəniz, qarışqalar gəlməz.

Duz, soda və bir neçə damcı su ilə dişlərinizi fırçalasanız, ağaracaq.
Etiketlər: əlavə, bilərsiz, ovalasanız, üzərinə, ləkələrinin, yuyun, suyla, yaranan, ləkələrini, təmizləmək, ləkəli, qatın, qaşıq, Geyimlərinizin, Masadakı, təmizləyin, dəsmalla, kağız, zeytun, töküb
BİZİ İZLƏYİN