• Evinizdən gözəl qoxular gəlməsi üçün bunları edin

Reseptin məlumatları Baxış sayı: 16 831

Tarix : 27-07-2015, 14:00

Bölmə : Məsləhətlər


Yemək bişirdikdən, ya da balıq qızartmasından sonra evə pis qoxular yayılır. Qoxunun getməsi üçün pəncərələri açıb bir neçə saat gözləməli oluruq. Mağazalarda satılan ev üçün ətirlərin tərkibindəki kimyəvi maddələr bilavasitə allergik reaksiya və ya narahatlıq yaradır. Allergiyaya səbəb olmasa da, bu ətirlər baş ağrısı yaradır, həm də kimyəvi maddələr uşaqlar üçün zərərlidir. Belə olan halda evdəki pis qoxulardan təbii yollarla xilas olmaq mümkündür.

Boş bir sprey şüşə
2 stəkan su
1 çay qaşığı karbonat
Təbii yağlar (Lavanda, limon, və s).
Sprey şüşəsinin içinə karbonatı töküb əriyənə qədər çalxalayın. İçinə sevdiyiniz qoxulu yağdan 3-4 damcı əlavə edib çalxalayın. Ehtiyac duyduqca bu spreydən 1-2 dəfə sıxa bilərsiniz.

Mətbəxdəki qoxulardan xilas olmaq üçün

Mətbəxdə qızartma yeməkləri bişirəndə və ya xoşa gəlməyən ağır qoxulara yol açan nəsə bişirəndə kiçik qazanda yarıya qədər suyu sirkə ilə qaynadın. Bu üsul pis qoxuların mətbəxə yayılmasının qarşısını alır və daha az hiss edilməsini təmin edir.

Tualet və ya vanna otağında pis qoxulardan heç cür xilas ola bilmirsinizsə, geniş bir qaba karbonat töküb ağzı açıq şəkildə bir küncə yerləşdirin. Gözəl iy verməsi üçün içinə sevdiyiniz təbii yağlardan damcılada bilərsiniz

Əgər qəhvə içməyi sevirsinizsə, demək ki, evinizdə qəhvə qalıqları var. Bu qalıqları atmaq əvəzinə qurutduqdan sonra bir parça bezin içinə büküb evin müəyyən nöqtələrinə qoya bilərsiniz. Qəhvə qalıqları evinizdən hər zaman təravətli qoxular gəlməsini təmin edəcək.

Qəfil qonaq gəlibsə
Qəfil qonaq gəlib, amma evinizdən yemək qoxusu gəlirsə, o zaman kiçik qazanda 1 çubuq darçını 5 dəqiqə qaynadın. Eviniz möhtəşəm darçın qoxusuna bürünəcək. Qazanı evin içində gəzdirərək qoxunun hər yana yaxşıca yayılmasını təmin edin. Qış mövsümündə qazana portağal qabıqları atanda qoxu daha xoşagələn olur. Yaz mövsümündə də bu qoxudan məhrum qalmamaq üçün portağal qabığını qışdan qurutmağı təklif edirik.
Etiketlər: təmin, qoxulardan, xilas, bilərsiniz, qalıqları, içinə, yaradır, təbii, olmaq, töküb, sevdiyiniz, çalxalayın, qədər, zaman, Qəfil, qonaq, kiçik, evinizdən, karbonat, bişirəndə
BİZİ İZLƏYİN