• Paltardan saqqızı necə çıxarırlar bilirsinizmi?

Reseptin məlumatları Baxış sayı: 9756

Tarix : 31.07.2015, 14:00

Bölmə : Məsləhətlər




Belə bir hadisə çox insanın başına gəlib. Paltara yapışan saqqızı təmizləmək uzun vaxt aparır.Bunu da bilmək lazımdır ki,böyük,yaxud kiçik saqqız ləkəsinin fərqi yoxdur.Ləkə kiçikdir deyib üstündən keçməyin. Saqqız ləkələri qalıcı ola bilər.Saqqız ləkəsinə bulaşmış olan insanların böyük bir əksəriyyəti bu ləkədən necə xilas olmagı bilmir.Bəs paltardan saqqızı necə çıxarırlar bilirsinizmi?

1. Odekolondan istifadə edərək saqqızın yapışdığı sahəni təmizləyə bilərsiniz.

2. Saqqız yapışan yerin üstünə təmiz bez salın.Sonra ütü ilə üstündən gedin.Bu əməliyyatı bir neçə dəfə təkrar edin.

3. Saqqız yapışan paltarı bir paketə (sellafon) qoymağınız lazımdır.Daha sonra bu paltarı götürüb soyuducumuzun buz yerinə qoyuruq. Buz yeri nə qədər çox dondursa,bir o qədər yaxşıdır.Paltarınızı bir saat dondurucuda saxladıqdan sonra çıxardıb təmizləyin.Bundan sonra ləkələrin çıxdığını görəcəksiniz.

Bəzən də saqqız ləkələri xalçalara keçə bilir. Bunun üçün yenə eyni sistemi istifadə etməli olacaqsınız. Bunun üçün buzları götürüb xalçanızın üzərində gəzdirməlisiniz.

Nəzərinizə çatdırım ki,belə bir problem məndə də olub.Ən yaxşı üsul isə ikinci üsul olub.

Etiketlər: Saqqız, sonra, yapışan, istifadə, götürüb, qədər, Bunun, ləkələri, üstündən, böyük, saqqız, saqqızı, lazımdır, paltarı, əməliyyatı, yaxşıdır, Paltarınızı, çıxardıb, saxladıqdan, dondurucuda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN