• Təmizlik maraqlıdır

Reseptin məlumatları Baxış sayı: 6553

Tarix : 4.08.2015, 12:00

Bölmə : Məsləhətlər


Bütün qış, evlərimiz his və hava çirkliliyi səbəbiylə çirkləndirilib. Xüsusilə də ən çox çirklənən yerlər divarlar oldu. Sizə divarlarınızı praktik olaraq necə təmizləyə biləcəyinizi izah edəcəyik. Otaq divarlarını təmizləmək daim can sıxıcı işlər arasında yer alır. Qadınlar günlərlə evlərinin divarlarını təmizləmək üçün əziyyət cəkirlər.
Otaq divarları
Divarlarını təmizləyəcəyiniz otağın ortasına qaynar su dolu bir qab qoyun. Qapı və pəncərələri yaxşıca bağlayın. Bu əməliyyatı təmizləməyə başlamazdan öncə bir neçə dəfə edin. Meydana gələcək buxar divarları nəmləndirəcək və təmizlik işiniz olduqca asanlaşacaq. Nəmlə qabaran çirklər divarın silinməsi ilə daha asan çıxacaq.
Otaq divarları üçün bir başqa təklifimiz daha olacaq. Bir vedrə suyun içinə bir miqdar yuyucu toz qoyun. Bu əməliyyat üçün plastik bir fırçaya ehtiyacınız olacaq. Fırçanızı vedrənin içinə soxub çıxarın. Fırçanı yelləyərək artıq suyu atın. Fırçanızı divara sürərək, divarlarınızı təmizləyin. Qurumağa belə gərək qalmadan divarlarınızın tərtəmiz olduğunu görəcəksiniz.
Mətbəx divarları
Mətbəx divarlarında, yemək bişirilməsi səbəbiylə yağ və buxar ilə daha çətin təmizlənən çirklər meydana gəlir. Yağlı çirkləri asan təmizləyə bilmək üçün sabunlu suya bolca duz əlavə edin. Beləcə divarlardakı yağ və his ləkələrini asanlıqla çıxarda bilərsiniz.
Divarlardakı barmaq izləri
Barmaq izləri, xüsusilə uşaqlı evlərin ən böyük problemlərindən biridir. Divarın boyasına zərər vermədən barmaq izlərini çıxarmaq üçün tətbiq edilən ən asan yol budur. Bu izləri kəsilmiş kartof ilə ovun. Ardından parafinə buladığınız bir bezlə silin. Barmaq izlərinin çıxdıqlarını görəcəksiniz.

Etiketlər: divarları, izləri, çirklər, buxar, olacaq, təmizləmək, qoyun, içinə, Barmaq, barmaq, Mətbəx, görəcəksiniz, divarlarını, Fırçanızı, divarlarınızı, təmizləyə, səbəbiylə, sabunlu, bolca, bilmək
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica