• Müxtəlif duz növləri

Reseptin məlumatları Baxış sayı: 15 487

Tarix : 11-01-2016, 14:00

Bölmə : Məsləhətlər


Bunların arasında: dəniz, daş, sürtmə, cəhrayı havay və cəhrayı himalay, bir neçə növ fleul de sel, qara cümə axşamı və hisə verilmiş duz növləri vardır.

Ölçüsünə, formasına, rənginə və dadına görə duzların müxtəlif dərəcələri olur. Bunların hamısı əslində onun mənşəyindən asılıdır. Duzların bütün növlərini əhatə etmək mümkün deyil, lakin “The Village” portalında "Yemək" bölməsinin redaktoru Anna Maslovskaya bu növləri araşdırmaq və onların əsas növlərini təsnif etmək qərarına gəlib.

Törəniş
Dəniz duzu, günəşlə zənginləşdirilmiş duzlu sudan hasil edilir. Duz dəniz suyunun sahəyə tökülən yerlərdən yığılır, qurudulur, bəzən yenidən kristallaşdırılır. Dəniz duzunun daha bir əldə etmə üsulu — dondurmadır. Buxarlanmanın əvəzinə dəniz suyunu soyuq otağa yerləşdirmədir.
Çöküntü duzunun əldə etmə üsulları dəniz duzunun hasil olunması ilə oxşardır: yeraltı mənbələrdə olan suların şoranlıqda buxarlanması ilə əldə edilir. Bu yerlərdə duzlu su yer səthində süzülüb qalır, amma mənşəyi dəniz sular deyil digər mənbələrdir. Daş duzu və ya mineral adlanan duz şaxtalardan çıxarılır. O, şorlaşmış mənbələrin süzülməsi və ya qurumuş göllərin hesabına yaranır. Bu vaxta qədər dəniz duzu ilə yanaşı, mineral duz dünyada ən populyar hesab edilirdi.
Hasilat üsulundan asılı olaraq nəticədə duzları ya döyürlər, ya ələkdən keçirirlər. Beləliklə onları ölçülərinə görə iridən xırdaya qədər bölürlər.

Narın xörək duzu
Qida duzudur. Bir qayda olaraq daş və ya çöküntü mənşəlidir. İkinci variant maksimum dərəcədə təmiz sayılır. Duzlu suyun dəfələrlə yenidən kristallaşması nəticəsində əldə edilir və duzdan savayı tərkibinə çox az bir şey daxildir — ağ xörək duzunun təmizliyi 97%-dan az deyil. Eyni zamanda mənbəyi daş olan duzun tərkibində kifayət qədər onun dadına təsir edən aşqar ola bilər. Ələkdən keçirdikdə mikroskopik ölçülərdə gil və daş hissəcikləri aşkar etmək olar. Rusiyada xörək duzunun hasilatının ən böyül yerləri Həştərxan viləyətində Baskunçak gölü və Volqoqrad vilayətində Elton gölüdür.
Xörək duzu maksimum dərəcədə təmiz duzlu dada malikdir, bu onun eyni zamanda həm müsbət həm də mənfi tərəfləridir. Böyük müsbət cəhəti odur ki, onun vasitəsi ilə hazırlanma zamanı dəqiq dozalaşdırma miqdarıni təyin etmək olur. Mənfi cəhəti — yastı və birölçülü dadıdır. Xörək duzu, mineral duzla bərabər ən ucuz duz növlərindən biri hesab edilir.

Sürtmə duzu
Adi xörək duzunun özəl halıdır. Adi duzdan fərqi dənələrinin bir qədər iri olması və kristallarının formasıdır. Xüsusi buğa vermə prosesi nəticəsində hissəcikləri yastı və piramidaşəkilli formada alınır. Məhz xüsusi formasına görə onu barmaqla hiss etmək daha asantlaşır, ona görə də böyük miqdarda istehsal olunan Amerikada, bu duz növü peşəkar mətbəxlərdə sənayə standartına çevrilmişdir. Dadına görə adi xörək duzundan fərqlənmir, lakin bir nüans var: onu heç vaxt yodlaşdırmırlar.
Sürtmə adı ona görə verilib ki, bu duzun vasitəsi ilə əti sürtərək üzərində olan qan qalıqlarını təmizləyirlər.

Daş duzu
Bu böyük fəsilədir, daha çox bu adla şaxta üsulu ilə əldə edilən ağ xörək duzu başa düşülür. Daş duzu həmçinin texniki məqsədlər üçün istifadə edilir, misal üçün hovuzu duzlamaq və ya yollara tökmək məqsədi ilə.

Dəniz duzu
Mənşəyi ilə əlaqədar olaraq onun növləri çoxdur. Bütün dənizlərin kimyəvi tərkibləri fərqli olduğu üçün, bu faktor duzun dadında özünü göstərir. Bəzən təmiz aşpazlıq duz əldə etmək məqsədi ilə bu duzu dəfələrnən kristallaşdırırlar. Dəniz duzunun dəyəri, tərkibində olan müxtəlif kənar əlavələrin ona zəngin dad verməsindədir.

Fleur de sel
Bir çox baş-aşpazlar və adi istehlakçılar tərəfindən qiymətləndirilən lopa şəklində olan duz növüdür. Törənişi, forması, zahiri görünüşü, rütubətliyi və duzluluq dərəcəsi ilə digərlərindən fərqlənir. Ənənəvi adı — fleur de sel. Bir qayda olaraq bu dəniz duzudur, suyun zəyif buxarlanması nəticəsində dənələr tədricən duz vannalarının qıraqlarına çökür və oradan əlnən yığılır. Eyni mənbədən həm iri kristallaşmış formada olan duz həm də yastı, lopa şəklində olan duz əldə etmək olur.
Lopa formasında duz dünyada bir çox yerdə əldə edilir, lakin onlardan ən məşurları bu üçüdür: Rö adlanan Fransız adasının duzu, İngiltərənin cənub-şərqində əldə edilən maldon duzu və Portuqaliyanın böyük duz mədənində əldə edilən duz.

Maldon duzu
Maldon — XIX əsrin sonlarından İngiltərənin cənub-şərqində yerləşən Maldon rayonunun Esseks qraflığında çıxan “fleur de sel” duzunun ən məşur növüdür. Daha düzgün “Moldon” tələffüzüdür, lakin Rusiyada “Maldon” kimi dildə bərkidilib. Maldon duzu adi fleur de sel -dən kristallarının iri olması ilə fərqlənir, santimetrə qədər. Həmçinin klassik fleur de sel -dən daha çox duzludur. Dəniz duzu olduğundan və kristalları yastı və zərif olduğundan dildə partlayaraq maraqlı və xoş hisslər yaradır. Bu xüsusiyyətlər maldon duzunu dünyada unikal vasitə kimi tanıdır.

Qara himalay duzu
Tərkibində olan dəmir sulfiti bu duz növünə qara-qəhvəyi-bənövşəyi rəng, kükürdlü birləşmələr isə hidrogen sulfidi qoxusu verir. Duz Himalayda, Nepalda və Hindistanda çıxarılır, Cənubi Asiyada isə geniş istifadə edilir. Avropalı üçün himalay duzu bəzən kəskin qoxuludur.

Cəhrayı himalay duzu
İri ölçülü mineral duzdur. Tərkibində dəmir oksidi, xlorlu kalium və kənar birləşmələrin olması ilə əlaqədar rəngi digər duzlardan fərqlənir. Duzun tərkibində cəmi 5% müxtəlif qarışıqlar mövcuddur. O əl dəyirmanlarında, yeməklərin bişirilməsində və həmçinin süfrənin bəzədilməsində istifadə edilir. Cəhrayı himalay duzu Hindistanda, Pakistanda, əsasən Himalay təknələrində və Pandjab regionunda iri bloklar şəklində çıxarılır və sonradan mişarlanır. Bu duzun blokları həmçinin interyer işlərində istifadə edilir.

Cəhrayı havay duzu
Əvvəllər Havay adalarında yığılan çöküntülü dəniz duzudur. Hazırda onun əsas istehsalatı Kaliforniyada baş verir. Duz kristallarına parlaq cəhrayı rəngi verən, tərkibində olan orta ölçülü gildir. Azmaz dəmir dadı verən bahalı məhsuldur. Bəzi məlumatlara görə, xüsusilə faydalı hesab olunur. Amma nə ilə olmasada, mübahisə etmək olmaz ki süfrənin bəzədilməsi üçün ideal məhsuldur.

Ətirli duz növləri
Ətirli duz növlərinin sayı çoxdur və onların hamısı insan tərəfindən yaradılıb. Bu cür duz istənilən mənbədən əldə edilə bilər, əsas məqsədi iki funksiyanın yerinə yetirməsidir: yeməyi duzlu və ətirli etməsi. Bunun üçün duza müxtəlif əlavələr qatılır və müəyyən lazımidəyişikliklər edilir (misal üçün hisə verilmə). Əlavələr müxtəlif növ ola bilər: güllər, ədviyyatlar, otlar, giləmeyvələr və hətta şərab. Bu cür duzlardan biri qara cümə axşamı duzudur — kifayət qədər mürəkkəb manipulyasiyanın nəticəsidir. Əvvəllər bu duz mərasim duzu hesab edilirdi (cəhrayi havay duzu kimi), indi o qeyri-adi dad keyfiyyətlərinə görə mətbəxlərdə tez-tez istifadə olunur.
Etiketlər: edilir, dəniz, duzunun, etmək, xörək, qədər, müxtəlif, Dəniz, himalay, istifadə, duzudur, yastı, olaraq, lakin, hesab, duzlu, növləri, duzun, Maldon, mineral
BİZİ İZLƏYİN