• Çaydanı ərpdən təmizləmə üsulları

Reseptin məlumatları Baxış sayı: 23 727

Tarix : 20-03-2016, 11:00

Bölmə : Məsləhətlər


Kran suyunu istifadə edərək, zamanla çaydanın dibində möhkəm çöküntülər əmələ gəlir. Bu ərpdir. Çaydanı bu cür çöküntülərdən qorumaq praktiki olaraq mümkün deyil. Əlbətdə xüsusi süzgəclərdən istifadə etməklə siz ərpin əmələ gəlməsini gecikdirə bilərsiniz, lakin tam olaraq onun qarşısını almaq mümkün deyil.

Bu arada sual yaranır: bəs çaydanı ərpdən necə təmizləyək? Ərplə dolu çaydanda su gec qızır və xoşagəlməz dad əmələ gəlir. Təbii ki, indiki zamanda bir çox dükanlarda müxtəlif növ ərpə qarşı kimyəvi vasitələri var. Lakin bu məqalədə biz sınanmış xalq vasitələri istifadə etməklə bu problemin öhdəsindən gəlməyə kömək edəcik.

Limon turşusu.
Çaydan 2/3 həcmində soyuq su ilə doldurulur və ora limon turşusu əlavə edilir (1 x/q limon turşusu 1 litr suya hesabı ilə). Su qaynama həddinə çatdırılaraq, 5 dəqiqə qaynadılır. Bu cür çaydanı bir gecə saxlayıb, səhər onu yaxşı yumaq lazımdır. Və ya qaynayandan sonra qapağını açıb sirkələyərək, dibində nə qədər ərpin qalmağını görə bilərsiniz. Çaydan kifayət qədər təmizlənməsə, bu üsulu təkrar etmək olar.

Sirkə turşusu.
Limon turşusunun əvəzinə, 2 - 2,5 litr çaydan həcminə 100 ml 9% sirkə turşusu istifadə etmək olar. Məhlulu 15-20 dəqiqə qaynadandan sonra boşaldıb, çaydanı təmiz su ilə bir neçə dəfə yaxalayıb və təmiz su ilə qaynadıb boşaltmaq lazımdır.

Qazlı sular.
Son illər bir çox evdan xanımlar ərp əleyhinə "Fanta", "Kola", "Sprayt" və bu kimi qazlı sulardan istifadə etməyə başlayıblar. Bu üsulda qeyri adilik yoxdur - onların tərkibində limon şirəsi var. Onları çaydana tökməzdən əvvəl qazları mümkün qədər çıxarılmalıdır. İçki çaydana yarı həcmində əlavə edilir və 5-10 dəqiqə qaynadılır. Bir gecə çaydanda qalıb soyuyandan sonra atılır və çaydan yaxşı yaxalanır. Ərpdən əsər-əlamət qalmayacaq.

Unutmayın: hər hansı üsuldan istifadə etsənizdə, nəticədə çaydanı çox sayda yaxalayın, yoxsa "kimyanın" qalıqları zəhərlənmə verə bilər.
Etiketlər: istifadə, turşusu, çaydanı, əmələ, qədər, dəqiqə, limon, sonra, mümkün, etməklə, həcmində, təmiz, ərpin, qaynadılır, əlavə, edilir, çaydana, yaxşı, bilərsiniz, deyil
BİZİ İZLƏYİN