• Noxudun tez hazırlanması

Reseptin məlumatları Baxış sayı: 30 121

Tarix : 14-03-2016, 17:00

Bölmə : Məsləhətlər


Noxud bizim gündəlik yeməklərimizdə tez-tez rast gəlinən məhsuldur. Və bir çoxları bilir ki noxudu bişirmək çox vaxt tələb edir. Lakin bəzi sadə məsləhətlərin köməyi ilə bu prosesləri bir qədər tezləşdirmək mümkündür.

1.Yarılmış noxud daha tez qabarır və bişir. Beləliklə, vaxta qənaət etmək üçün çalışın yarılmış noxudlardan istifadə edəsiniz. Müqaisə üçün: yarılmış noxudun bişmə vaxtı 45 dəqiqədən bir saata qədərdir, yarılmamış tam noxudun bişmə vaxtı isə bir saatdan iki saata qədər davam edə bilər.

2 Əvvəlcədən bir neçə saatlıq (daha yaxşısı isə bütün gecəni) islaqa yerləşdirilən noxud daha tez bişər.

3 Noxud qaynayan zaman qazana bir neçə xörək qaşığı kərə/bitki yağı əlavə edildikə bişmə bir qədər sürətlənər.

4 Qaynadıqdan 10-15 dəqiqə sonra suya soda əlavə edildikdə (2 litr suya yarı çay qaşığı) noxud 5-7 dəqiqəyə yumşalır.
Etiketlər: bişmə, noxud, qədər, noxudun, qaşığı, əlavə, yarılmış, vaxtı, saata, saatlıq, yaxşısı, bütün, Əvvəlcədən, gecəni, davam, saatdan, yarılmamış, islaqa, yumşalır, qədərdir
BİZİ İZLƏYİN