• Qarpız necə seçilməlidir

Reseptin məlumatları Baxış sayı: 6824

Tarix : 28.01.2016, 16:00

Bölmə : Məsləhətlər


Qarpızın seçimi zamanı ən əsas şey - tələsik almamaqdır. Azərbaycan iqlimində qarpız əsasən iyul-avqust aylarında yetişib satişa çıxarılır.

Eyni qarpız növündən daha yaxşı olarki böyüyünü seçəsiniz, lakin çox nəhəng olmamalıdır. Bu zaman qarpız nə qədər böyük və yüngül olarsa, o qədər dəymiş hesab edilir. Qarpız seçimində çox xırda və çox irilərindən çəkinmək lazımdır. Qarpızın "optimal" çəkisi - təxminən 10 kq.

Qarpızın yetkinliyini bildirən əlamət - quru quyruqcuqdur. Yetişərkən, qarpız ilk növbədə bostandan "sönür", o zaman quyruqcuğu quruyur. Sonra ona artıq lazım olmayan - onun inkişafına cavabdeh olan, günəş işığını toplayan və qarpıza nəfəs verən - xlorofil piqmenti kəsilir və onun üzərində açıq rəngli ləkələr yaranır.

Qarpızın bir tərəfi üstə qaldığından yaranan böyründəki açıq ləkə maksimum sarı, hətta narıncı rəngdə olmalıdır.

Qabığın üzərindəki zolaqlar maksimum fərqlı olmalıdır.

Yetişmiş qarpızın üstü mütləq möhkəm və parlaq olmalı, qabıq dırnaqla deşilməməlidir, çünki, bostandan çıxarılan qarpız artıq maye qəbul edə bilmir və onun qabığı quruyub bərkiyir. Lakin, əgər dırnaq qabıqda dəlik yaradırsa, deməli qarpız hələ yetişməyib, kaldır. Həmçinin qarpızın qabığını sürtüb iyləmək olar - yeni kəsilmiş ot qoxusu gələrsə, o zaman qarpızın kal olmasından şübhə etmək olar.

Yetişmiş qarpızı əlnən vurduqda o həmişə yay kimi əyilib əlinizi əks etdirməlidir. Əgər dəymiş qarpıza qulağnızı söykəyib vursanız, o zaman təmiz, cingiltili səs eşidməlisiniz. Həmçinin dəymiş qarpızı qulağnıza söykəyib azacıq iki əlnən əzsəniz qabığı cırıldayacaq.

Qarpızın dəyib-dəymədiyini yoxlamağın digər üsulu isə onu suya atmaqdır - əgər üzə çıxırsa deməli dəymiş qarpızdır. Lakin mağazadan qarpız alarkən bu metodu çətin ki kimsə tətbiq edər.

Qarpız - xonsa giləmeyvədir. "Kişi cinsində" giləmeyvənin aşağısı qabarıqdır, dairəsi isə balacadır. "Qadınlarda" isə aşağı hissəsi daha geniş, dairəsi isə daha böyükdür. "Qadınlar" daha dadlı hesab edilir: tumları az, şirnisi isə çox olur.

Ehtiyatlı olun: Nitratlı qarpız!

Əgər qarpız "qədərindən artıq nitratlarla yedirdilibsə", o özü bu haqda işarə verir və aşağıdakı əlamətləri nümayiş etdirir:

- İçərisinin kəsgin qırmızı və azacıq bənövşəyi rəngi
- Ortasından qabığına doğru olan liflərin rəngi normal olaraq ağ deyil, sarı rəngin çalarlarındadır.
- "Səhv" qarpızın kəsilən səthi çox hamar və parlaq olur, lakin "düzgün" qarpızda o dənəciklərlə parlayır.
- Bir tikə qarpızın içini bir stəkan suda qarışdırın. Əgər su sadəcə bulandısa, deməli o yaxşı qarpızdır. Əgər suyun rəngi qırmızı və ya çəhrayı oldusa deməli zərərlidir.

Və sonda, kəsilmiş qarpızı soyuducuda (2-3 dərəcə Selsiya temperaturunda) 1 sutkadan artıq saxlamaq olmaz.

Etiketlər: qarpız, qarpızın, Qarpızın, dəymiş, deməli, artıq, zaman, rəngi, qarpızı, qarpızdır, qədər, hesab, edilir, qabığı, qırmızı, maksimum, dairəsi, qarpıza, olmalıdır, bostandan
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
arzum-aysum
bizde həmişə yoldaşım alur, cox da gozel dadli, qırmızı qarpizlari sece bilir
3 oktyabr 2015 15:52
1
BİZİ İZLƏYİN




Yandex.Metrica