• Düyü qazmağı hazırlanması

Reseptin məlumatları Baxış sayı: 42 202

Tarix : 19-03-2016, 14:00

Bölmə : Məsləhətlər


Hazırlanması:
1st yarım (bu, çiy düyünün miqdarı deyil!) qaynadılıb süzülmüş düyü bir qabın içinə tökülür, üzərinə 4 xörək qaşığı qatıq və ya xama,1 yumurta,1 cimdik duz əlavə olunur. 1 çay qaşığı döyülmüş sarıkök qatılır və bütün ərzaqlar qarışdırılır. Sarıkök əvəzinə zəfəran da qatmaq olar. Bunun üçün bir çimdik zəfəran telini həvəngdəstə ilə döyüb, toz halına salıb sonra 1 xörək qaşığı qaynar suda həll edib, dəmləmək lazımdır. Alınmış cövhər düyü, yumurta qarışığının üzərinə əlavə edib yüngülcə qarışdırılır.
23 sm genişliyində qazanın dibində 3-4 xörək qaşığı yağ əridilir. (Düyü bu qazanın içində dəm alacaq).
Yumurta düyü qarışığı kəfgir qaşıqla götürülür və qazanın dibinə, əridilmiş yağın üzərinə bərabər şəkildə yayılır. Yüngülcə özünü tutması üçün qapaq qoyulmadan və qarışdırılmadan bir neçə dəqiqə aşağı dərəcədə ocağın üzərində bişirilir ki, özünü tutsun. Asan olsun deyə əvvəlcədən qazmaq taxta qaşıqla 8 hissəyə kəsilərək bölünür. Sonra plov düyüsü qazmağın üzərinə əlavə olunur və plov dəmə qoyulur.
Süfrəyə verərkən qazmaq hissələrə bölünüb plovun üzərinə düzülür.
Ədviyyatlı düyü qazmağı hazırlamaq üçün isə əvvəlki qaydada düyü qazmağının tərkibi hazırlanır. Bu qarışığa həvəngdəstədə döyülmüş bir çimdirk keşniş toxumu və cirə əlavə olunur. Daha ətirli olması üçün darçın tozu da qatıla bilər.
Etiketlər: üzərinə, qaşığı, əlavə, olunur, qazanın, xörək, yumurta, özünü, qarışdırılır, zəfəran, qazmaq, döyülmüş, qaşıqla, hissəyə, taxta, qoyulmadan, qarışdırılmadan, kəsilərək, bölünür, qazmağın
BİZİ İZLƏYİN