• Şabalıdı necə təmizləməli? - FOTO DƏRS

Reseptin məlumatları Baxış sayı: 18 289

Tarix : 26-10-2015, 22:00

Bölmə : Məsləhətlər


Şabalıdın qabığını soymaq üçün aşağıdaki 2 üsuldan birini istifadə edin.
1. Üsul 1: Şabalıdın yastı tərəfində iti bıçaqla X çərtin (Foto 1). Diqqətli olun, şabalıdın özünü zədələməyin. Bıçaq sadəcə şabalıdın qabığından keçməlıdir.
Üsul 2: Azərbaycanda daha çox istidafə olunan üsuldur. Şabalıdın “papağ”ını bıçaqla kəsin (Foto 2).
2. Şabalıdları təxminən 10 dəqiqə ərzində suyla doldurulmuş qazanda qaynadın. Şabalıdın qabığının nə qədər qalın və sərt olmasından asılı olaraq, qabığın yumuşalması 10 dəqiqədən az və ya çox çəkə bilər. Qazanı kənara çəkin. Şabalıdlar isti suda qalmalıdır.
3. Şabalıdları bir-bir isti sudan çıxardıb bıçaqla əvvəlcə qalın, bunun ardından isə incə qabığını soyun.
4. Təmizlənmiş şabalıd soyuducuda ağzı kip torbada iki aya qədər, dondurucuda isə bir ilə qədər saxlanıla bilər!

Şabalıdı necə təmizləməli? - FOTO DƏRS
Şabalıdı necə təmizləməli? - FOTO DƏRS

Şabalıdı necə təmizləməli? - FOTO DƏRS

Şabalıdı necə təmizləməli? - FOTO DƏRS

Etiketlər: Şabalıdın, bıçaqla, qədər, bilər, şabalıdın, Şabalıdları, qabığını, qalın, dəqiqədən, Qazanı, kənara, yumuşalması, olaraq, çəkin, olmasından, qabığın, asılı, sudan, şabalıd, Təmizlənmiş
BİZİ İZLƏYİN