• McDonalds kartofunu evdə necə hazırlamaq olar?

Reseptin məlumatları Baxış sayı: 14 844

Tarix : 26-11-2015, 23:00

Bölmə : Məsləhətlər


McDonalds kartofu uşaqların, həmçinin də böyüklərin çox xoşladığı qidalardan biridir.
Ancaq uşaqlar fərqində olmasa da, böyüklərin bir çoxu bu qidanın nə qədər zərərli olduğunun fərqindədir. Lakin özünəməxsus dadı ilə vazkeçilməsi çətin olan McDonalds kartof qızartmasını bəzi amillərə diqqət edərək evdə də hazırlaya bilərsiniz. Xırtıldayan kartof qızartmasının diqqət edilməsi lazım olan incəlikləri isə bunlardır...
McDonalds üsulu kartof hazırlamaq üçün nazik şəkildə dilimlənən kartofları 2 dəqiqə duzlu suda qaynadıb salfet dəsmal vasitəsilə qurutduqdan sonra dondurucu kamerada dondurun. Sonra dərin tavanın içində biraz un səpərək qızardın. Əvvəlcədən hazırlıq üçün vaxtınız yoxdursa, kartofların xırtıldaması üçün onları çox nazik doğrayın. Kartofları duzlayıb bir kasada 10-15 dəqiqə saxlayın.
Kartofu daha gec yanan fındıq yağı kimi yağlarda da qızarda bilərsiniz.
Etiketlər: kartof, McDonalds, diqqət, bilərsiniz, nazik, böyüklərin, dəqiqə, Sonra, biraz, tavanın, dondurun, içində, dərin, sonra, salfet, qaynadıb, dəsmal, vasitəsilə, dondurucu, qurutduqdan
BİZİ İZLƏYİN