• Çətin ləkələri köhnə üsullarla təmizləyin

Reseptin məlumatları Baxış sayı: 28 180

Tarix : 19-06-2014, 01:50

Bölmə : Məsləhətlər


Bilirik ki, yuyucu tozlar və yumşaldıcılar çətin ləkələri çıxartmaqda müvəffəq olmur, günü-gündən vəziyyəti daha da pis hala gətirə bilir. Əslində, köhnə üsullardan istifadə etməklə ləkələrlə mübarizə aparmaq asandır.
Əziz xanımlar, bu haqda bəzi tövsiyyələrim var.

Yuyucu tozlara və yumuşadıcılara nə qədər güvənirsiniz? Hər səfərində istədiyiniz kimi nəticə ala bilirsinizmi?
Yəqin ki, cavabınız xeyir olacaq. Ləkə çıxartma mövzusunda müasir məhsullar çox vaxt aparmaqla yanaşı, bəzən istədiyimiz nəticəni əldə edə bilmrik.
Yaxşı, ləkələrə qarşı ən təsirli və ən müvəffəqiyyətli həllin evimizdə olduğunu bilirdinizmi?

Yağlı ləkələr üçün - "Coca Cola"
Coca-Cola yalnız bir içki deyil, eyni zamanda yağlı ləkələri çıxartmaqda mükəmməl bir köməkçidir. Əgər yağ ləkəsi olan bir paltarınız varsa, əvvəlcə paltarınızı Coca-Colada isladın və bir müddət gözləyin. Bir müddət sonra ləkənin üzərinə yuyucu toz əlavə edib, paltarınızı paltar yuyan maşında yuyun.

Şam ləkəsinə qarşı ən yaxşı köməkçi - "Qəzet"
Paltarınızın üzərində şam ləkəsi var? Hər yolu sınamısınız, ancaq yaxşı nəticə əldə edə bilmirsiniz? Həlli əslində çox sadədir! Ləkəni sıravi bir qəzet ilə əhatə edin və daha sonra ütü ilə üzərindən keçin. İstilik şamın qəzetə yapışmasını təmin edəcək. Paltarınızı növbəti ləkədən xilas etmiş olacaqsınız.

Kalsium karbonatdan təmizlənmək üçün - "Sirkə"
Elə ləkələr var ki, onları asanlıqla çıxarmaq olmur. Ona görə bu cür ləkələrdən həqiqətən şikayətçisinizsə, bir də bu həlli nəzərdən keçirin: Kalsium karbonat ləkəsini, sirkə və yuyucu toz olan qarışıqda isladın. Bir müddət ovuşdurmağa ehtiyac ola bilər, ancaq bir müddət sonra ləkənin çıxdığının fərqinə varacaqsınız.

Ləkələri çıxartmaq üçün bu vasitələrdən qəti istifadə etməyin!
- Qəti sabun istifadə etməyin. Xüsusən də yağlı ləkələrə qarşı. Çünki yağlı ləkələrə sabun tətbiq ediləndə, ləkə daha dərinlərə nüfuz edir və çıxarılması qeyri-mümkün bir hala gəlir.
- Ləkələri qəti ütüləməyin! Ütünün istiliyinə görə ləkənin çıxması son dərəcə çətinləşəcək.
- Ləkələri isti su ilə durulamayın.
Etiketlər: müddət, istifadə, Ləkələri, yağlı, sonra, yuyucu, ləkələrə, qarşı, ləkənin, isladın, etməyin, nəticə, Kalsium, ləkələr, ləkəsi, paltarınızı, sabun, çıxartmaqda, ləkələri, ancaq
BİZİ İZLƏYİN