• Mürəbbənin hazırlanma sirləri

Reseptin məlumatları Baxış sayı: 26 750

Tarix : 11-07-2014, 00:20

Bölmə : Məsləhətlər


Yaz ki gəldi, yay ki gəldi, bilirik ki, qadınlar başlayırlar qışa hazırlaşmağa — qışa tədarük görülür, mürəbbələr, şorabalar, turşular hazırlanır və s. Bizə elə gəlir ki, biz hazırladığımız nə varsa hamısını düz hazırlayır, qaydaları 5 barmağımız kimi bilirik. Amma, belə deyil. Bizim də bilmədiklərimiz var.
Mürəbbə bişirməyi hamımız bacarırıq, amma, incəliklərini bilmirik.

Bir mürəbbə sevən qız kimi oxuyub, bildiklərimdən, bacarıqlı əllərdən oğurladıqlarımdan, təcrübələrimdən sizinlə də bölüşmək istərdim ki, bir yerdə faydalanaq.

Birinci olaraq çalışmalıyıq ki, mürəbbəni yetişmiş meyvələrdən hazırlayaq, əgər kal olarlarsa bu zaman mürəbbə ətirli, ləzzətli alınmaz. Və çalışmalıyıq ki, meyvələr yuyulduqdan sonra suyu çəkilmiş olsun, daha çox da qarağatların.

Mürəbbənin meyvələrinin qırışmaması və siropunun duru görünməsi üçün mürəbbə 2-3 dəfəyə bişirilməldir — hər 5-7 dəqiqədən bir ləyəni bir neçə dəqiqəliyə odun üstündən götürsək, çox yaxşı olurmuş, belə ki, bu zaman qaynama azalır və meyvə də şirəni özünə daha yaxşı çəkir. Bundan əlavə meyvələrin dağılmaması, zəilib-büzülməməsi üçün mürəbbəni qarışdırmaq da məsləhət görülmür. Sadəcə olaraq ara-sıra qaşığı ləyən boyu fırlatmaq kifayət edir. Yox, əgər qarışdırsaq həm meyvələr öz formasını itirər, həm də sonra əmələ gəlmiş köpü təmizləmək çətin olar, belə ki, köp mürəbbənin hər tərəfinə yayılmış olur.

Hardan bilək ki, mürəbbə nə qədər vaxta hazır olur? Anam həmişə belə edir: mürəbbənin şirəsini bir nəlbəkiyə damcıladır və baxır, əgər şirə bir az qatıdırsa deməli hazırdır. Yəni şirə nə çox duru olmalıdır, nə də lap qatı — orta. Bəziləri də deyirlkər ki, ikinci qanyanamadan sonra əgər mürəbbənin üzünə yığılan köpüklər artıq yığılmırsa, deməli mürəbbə hazırdır.

Köpük demişkən, mürəbbə bişirərən zaman əmələ gəlmiş köpüyü tez-tez mürəbbədədən çıxartmaq lazımdır, çünki, köpük qaldıqda mürəbbə sonradan qıcqıra bilər. Köpüyü dərin bir kasaya da tökə bilərik ki, köpüyün altında yığılan şirəni yenidən ləyənə boşaltmaq mümkün olsun.

Bir də bal haqqında deyirlər ki, xarlanmış bal bankasını ilıq su ilə qazana qoyub suyu 60 dərəcəyə qədər qızdırsanız, bal yenidən maye halına düşəcəkdir. Görəsən bu qayda mürəbbələr üçün də keçərli olarmı?

Mürəbbə bişəndən sonra onu o dəqiqə qapaqla örtmək olmaz. Təmiz əsgi və ya kağızla örtmək kifayətdir. Amma, qazet olmaz. (Qazet haqqında yazı hazırlayıram, yaxın zamanlarda yerləşdirəcəyəm inşallah, ərzaqlar üçün heç vaxt qazetdən istifadə etməyin.

Bir çoxlarımız mürəbbəni mis ləyənlərdə bişiririk. Amma, məsləhətlisi budur ki, mürəbbəni ləyəndən mümkün qədər tez boşaldaq. Çünki, mürəbbədə zəhərli maddələr əmələ gələ bilər.
Mürəbbə bişirən zaman seçdiyimiz qaba da fikir verməliyik, belə ki, qab alçaq və enli olmalıdır ki, su da tez buxarlansın.

Məndən bu qədər, varsa başqa məsləhətlər, bölüşün, birlikdə faydalanaq.
Etiketlər: mürəbbə, sonra, mürəbbəni, qədər, zaman, mürəbbənin, Mürəbbə, əmələ, meyvələr, bilər, olmalıdır, çalışmalıyıq, bilirik, yenidən, olmaz, örtmək, deməli, hazırdır, yaxşı, faydalanaq
BİZİ İZLƏYİN