• Piroqu formadan asan çıxarmağın yolu

Reseptin məlumatları Baxış sayı: 11073

Tarix : 19.07.2014, 02:15

Bölmə : Məsləhətlər


Yumurtanı bir-bir ayrıca qaba sındırıb, təzəliyini yoxlayandan sonra xəmirə qatmaq məsləhətdir.

Yumurta ağını əvvəlcədən çalmaq məsləhət deyil.

Kərə yağını və marqarini işıq keçirməyən tünd qabda saxlamaq lazımdır ki, xarab olmasın.

Yağı tez çalmaq üçün onu xırda-xırda doğrayıb, emallı çuxura qoyun. Qabı isə qaynar suyun içərisində bir qədər – yağ yumşalana kimi saxlayın və soyuq yerə qoyub, çalın.

Qoz ləpəsini torta və piroqa qatmazdan əvvəl sobada bir qədər qovurun, onda qoz ətirli olur.

Sobada bişirilən xəmir məmulatının altı yanmasın deyə, forma qoyulan dəmir qənnadı vərəqinə bir qədər duz səpmək lazımdır.

Piroq uzun müddət təzə qalsın, qurumasın deyə, onu dəsmala büküb, gil qabda saxlamaq lazımdır.

Əgər piroq formadan çətin çıxırsa, formanın alt hissəsini bir neçə saniyə soyuq suda saxlayın.

Tort üçün istifadə olunan şirəni qırmızı rəngə boyamaq üçün çuğundur, sarı rəngə boyamaq üçün portağal şirəsindən istifadə etmək olar.

Tortun üstünə şirə çəkməzdən əvvəl bıçağı qaynayan suya salıb, sonra şirəni yaymaq lazımdır.

Etiketlər: lazımdır, qədər, qabda, şirəni, boyamaq, rəngə, saxlamaq, istifadə, əvvəl, soyuq, saxlayın, çalmaq, xırda, sonra, qalsın, müddət, Piroq, qurumasın, dəsmala, büküb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica