• Bunları bilirsinizmi?

Reseptin məlumatları Baxış sayı: 8417

Tarix : 19.07.2014, 02:16

Bölmə : Məsləhətlər

Resepti göndərən : Narın Yağış


Kartof püresini isti kartofdan hazırladıqda və ona qaynar süd tökdükdə daha zərif olur.

Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.

Kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.

Təzə südü işıqda saxladıqda, tərkibində olan A və C vitaminləri itir.

Ət nə qədər vam odda bişərsə, bulyon bir o qədər şəffaf olar.

Xəmir yoğrulmamışdan əvvəl un ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.

Göyərtini xörəyə süfrəyə verilən gün tökmək lazımdır. Belə ki, xörək səhəri günə qalsa, göyərti xörəyi korlayar.

Əriyin tumunu atmayın. Onları qurudun və saxlayın, çünki onlar badamı əvəz edə bilər.

Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dilimləri qoyduqda, un və düyüdə qurd əmələ gəlməz.

Tavada yağ sıçramasın deyə, onun içinə azca duz səpmək lazımdır

Etiketlər: zərif, xörək, qədər, lazımdır, göyərti, xörəyi, korlayar, Onları, atmayın, tumunu, Əriyin, qalsa, xörəyə, Göyərtini, süfrəyə, verilən, səhəri, tökmək, qurudun, çünki
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Roya
maraqli idi twk
3 yanvar 2015 10:27
3
HƏR YERƏ SƏNİ YAZARAM...AMMA ÖLSƏMDƏ SƏNƏ YAZMARAM!!!!
Offline
emis
yarisini bilirdim
19 iyul 2014 17:44
2
Offline
tutu666
esas derdim tavadaki yag idi...sukur onu da indi bildim..cox twkler..
19 iyul 2014 13:41
1
ALLAHım, məni sən qaldır ki, kimsələr yıxa bilməsiN...
BİZİ İZLƏYİN




Yandex.Metrica