• Bu təhlükələrdən xəbəriniz varmı?

Reseptin məlumatları Baxış sayı: 11 547

Tarix : 24-04-2017, 15:00

Bölmə : Məsləhətlər


Məişətdə istifadə etdiyimiz təmizlik məhsullarının hansı xəstəliklərə səbəb olduğunu bilirikmi?
Və ya kosmetikada istifadə etdiyimiz məhsulların hansı xəstəliklərə gətirib çıxarmasından xəbərimiz varmı? Halbuki, biz bu məhsulları alarkən yalnız bircə şeyi düşünürük: aldığımız məhsullar - istər saç şampunu olsun, istərsə də qabyuyan məhsullar, bizi qane etsin. Məsələn, şampunları götürək: bəzi şampunların tərkibində sintetik yuyucu maddələr olduğu üçün dəridəki təbii yağın itməsinə, gözlərin qıcıqlanmasına səbəb olur. Hamilə qadınların bu cür şampunlardan istifadə etməsi isə xüsusilə təhlükəlidir.
Ocağı təmizləmək üçün istifadə edilən məhsulların tərkibində amonyak və digər kimyəvi maddələr olduğu üçün (xüsusilə də sprey şəklində olanlar) dəri, göz və ağciyər üçün təhlükəlidir.
Onların tərkibindəki “kostik“ adlı maddə astma xəstəliklərini daha da şiddətləndirir. Qab-qacaq yumaq üçün istifadə edilən və maye halında olan rəngli məhsullar isə xərçəng xəstəliyi törətmək qabiliyyətinə malikdir. Odur ki, rəngsiz təmizləyici məhsullar almaq məsləhətdir.
Qabyuyan maşınları təmizləyən məhsullar isə su ilə birləşdikdə aktivləşir və toksik xlor qazı əmələ gətirərək başağrısı, yorğunluq, gözlərdə yanma və s. kimi fəsadlara səbəb olur. Tərə qarşı məhsullardakı maddələr də qoltuqaltı kisəciklərdə iltihaba və dərinin zədələnməsinə gətirib çıxarır.
Bəzi dodaq boyaları və qələmləri də ziyanlıdır. Tərkibində hind yağı, “propil qallat“, “qliserol diisostearat“, “yellow 11“ maddələri dəriyə mənfi təsir göstərir, “lanolin“ kimi maddələr isə dodaqların qurumasına səbəb olur.
Bəzi körpə bezləri, xüsusilə də, bir dəfə istifadə olunan “dioksin“ tərkibli bezlər körpənin immunitet sistemi və qaraciyəri üçün təhlükəlidir.
Etiketlər: istifadə, məhsullar, maddələr, səbəb, xüsusilə, təhlükəlidir, gətirib, edilən, tərkibində, məhsulların, xəstəliklərə, hansı, olduğu, etdiyimiz, gözlərdə, yorğunluq, yanma, iltihaba, fəsadlara, başağrısı
BİZİ İZLƏYİN