• Faydalı məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 12 508

Tarix : 4-09-2016, 15:00

Bölmə : Məsləhətlər


Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra qatın.

Peçenyeləriniz bərkiməsin deyə, tənəkə qutuda (yüksəkkeyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun.

Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və sonra yuyun.

Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın.

Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın.

Makaronu qaynadarkən suyuna bir qaşıq maye yağ tökün ki, bir-birinə yapışmasın.

Çörəyin kiflənməməsi üçün çörək qutusuna bir qab duz qoyun.

Keks daha çox qabarsın deyə, tərkibinə bir qaşıq qaynar su əlavə edin.

Təzə çörəyi asan kəsmək üçün bıçağı bir qədər odda qızdırın.

Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.

Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.

Təzə südü işıqda saxladıqda, tərkibində olan A və C vitaminləri itir.

Ət nə qədər vamla bişərsə, bulyon bir o qədər şəffaf olar.

Xəmir yoğrulmamışdan əvvəl un ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.

Kartof püresini isti kartofdan hazırladıqda və ona qaynar süd tökdükdə daha zərif olur.

Göyərtini xörəyə süfrəyə verilən gün tökmək lazımdır. Belə ki, xörək səhəri günə qalsa, göyərti xörəyi korlayar.

Əriyin tumunu atmayın. Onları qurudun və saxlayın, çünki onlar badamı əvəz edə bilər.

Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dilimləri qoyduqda, un və düyüdə qurd əmələ gəlməz.

Tavada yağ sıçramasın deyə, onun içinə azca duz səpmək lazımdır
Etiketlər: saxlayın, qədər, zərif, Cemin, qoyun, lazımdır, çörəyi, qaynar, qaşıq, qatın, qaşığı, xörək, sonra, içinə, əvvəl, Xəmir, yoğrulmamışdan, olduqda, xəmir, Kartof
BİZİ İZLƏYİN