• Təbii sirkə necə hazırlanır?

Reseptin məlumatları Baxış sayı: 12 263

Tarix : 5-09-2016, 15:00

Bölmə : Məsləhətlər


Sirkə üzüm, kişmiş, xurma, əncir, bal, alma və sairdən hazırlanır. Sirkənin müalicəvi-profilaktik cəhətləri soyuqluq, quruluq verir, bədənə tez sorulur, susuzluğu yatırır, həzmə kömək edir, iştahanı artırır, bəlğəmi əridir, mədə iltihabının qarşısını alır. Ac qarına sirkə işlətmək mədə qurdunu öldürür. Sirkə ilə qarqara etmək boğaz, diş, qırtlaq ağrısı zamanı xeyirlidi.

Sirkəyə duz qatıb ağızı qarqara etmək diş dibinin qanamasını, ağ zəy qataraq qarqara etmək damaq qanamasını kəsir. Yaralı yerlərin kənarına sürtdükdə yara yayılmır, dəri uzəri şişlər, təzə yaraların şişməsi, baş ağrısı, qaşınma hallarında istifadə edilir. Bal ilə qarışığı göz altının qırışlarını aparır .Gül yağı ilə qarışığı günvurmadan olan baş ağrısını sakitləşdirir. Bəzi ümumi cəhətlərə görə sirkəni limon suyu əvəz edə bilər. Daxili qanaxmanı dayandırır, yağlı, ağır ət yeməklərində sirkə işlətmək faydalıdı, arıqlamaq üçün sirkədən istifadə etmək olar, lakin mədə xorası olanlar sirkə istifadə etməsinlər.

Ziyanlı tərəfləri:
Sirkə qocalar, bədəni əksər vaxtlarda soyuq olanlar, təzə və quru öskürəyi, əsəb xəstəliyi, oynaq ağrıları olanlar üçün ziyanlı sayılır. Çox sirkə işlətmək bədəndə su yığımı yaradır.

Sirkə insan orqanizminə çox xeyirlidi. Bunu dahi yapon alimi Katsudzo Nişi öz sağlamlıq sistemində də təsdiq edib. Onun fikirinə görə, səhər yuxudan duran kimi 1 stakan çiy suyun içinə 1ç.q bal və 1 ç.q alma sirkəsi (limon suyu ilə də əvəz etmək olar) töküb içmək orqanizmi təmizləyir. Sirkənin insan orqanizminə bu qədər xeyirli tərəflərini öyrəndiyimiz halda satışdakı sirkələrdən istifadə etmək qəti qadağandı. Çünki onların tərkibi təbii deyil. Bəs təbii sirkəni necə hazırlayaq?

Almanı (anton, ya da smerinko növü) təmiz yuyun, çürük yerlərini kəsin, şirə maşınından (ya da geniş gözlü rəndədən) keçirin. Çiy horranı şüşə bankalara, yaxud ağac və ya saxsı qablara tökün, qaynanmış su (bir qədər isti) əlavə edin (hər 400 qr horraya 0.5 l. su). Sonra hər litr suya 100 qr bal, yaxud rafinə olunmamış şəkər, 10 qr çörək mayası (droj) və 20 qr quru çörək əlavə edin.

Dolu qabı 10 gün açıq, 20-30 dərəcədə istidə saxlayın. Horranı gündə 2-3 dəfə ağac qaşıqla qarışdırın. 10 gündən sonra kütləni tənzif torbaya töküb sıxın. Alınmış şirəni təkrar tənzifdən süzün. Çəkisini müəyyən edib gen boğazlı qaba tökün. Hər litrə 50-100 qr bal, yaxud şəkər tökün, tam əriyənə qədər qarışdırın. Sonra bankanı tənziflə örtün ki, qıcqırma davam etsin. 40-60 gündən sonra maye şəffaf olacaq. Bu vaxt mayeni filtirli qıfdan keçirin, şüşə qablara tökün, ağzını tıxacla qapayın və qapağı mumlayın.

Sirkə sərin yerdə saxlanılmalıdır.

Daha asan yolla hazırlanma qaydası:

dadlı alma əzilir – 3kq
şəkər — 2 xörək qaşığı
noxud — 6-7 ədəd
1 st alma sirkəsi
Bunlar qarışdırılır, yığılır balona, ağızı tənziflə örtülür. Otaq temperaturunda, qaranlıq yerdə saxlanılır. 5-6 həftədən sonra sirkə qoxusu gəlməyə başlayacaq. Dadından və qoxusundan sirkə alındığını anlayınca üzündəki kif yığılır, süzülür, soyuducuda saxlanılır və istifadə edilir.
Etiketlər: sirkə, etmək, istifadə, Sirkə, tökün, olanlar, qədər, yaxud, şəkər, qarqara, sonra, işlətmək, qanamasını, insan, ağızı, limon, edilir, sirkəni, orqanizminə, qarışığı
BİZİ İZLƏYİN