• Bunu etməklə italyanları belə heyran qoyacaqsınız!

Reseptin məlumatları Baxış sayı: 11 645

Tarix : 21-09-2016, 10:00

Bölmə : Məsləhətlər


Spaqetti bişirərkən diqqət etməli olduğunuz xırda cəhətləri nəzərə alsanız, yeməyiniz daha dadlı olar.

- Spaqettini qaynadarkən suyuna bir az kərə yağı və ya qarğıdalı yağı əlavə etsəniz makaronlar bir-birinə yapışmaz.

- Su qaynadıqda makaronu suya əlavə etməzdən əvvəl suya bir-iki çimdik duz əlavə edin. Əgər su qaynamamışdan öncə duzu əlavə etsəniz, su gec qaynayar.

- Makaron qaynadıqdan sonra soyuq suyun altına tutun. Makaronlarınız bir-birinə yapışmayacaq və dənə-dənə qalacaq.

- Əgər makaronun üzərinə tökmək üçün hazırladığınız sousu yağlı etsəniz makaronun yağını çox etməyin.

- Makaronları qaynadarkən dərin və iri qazanlarda qaynadın ki, yapışmasın.

- Qaynatmaq üçün suya 1-2 ədəd xırda doğranmış soğan, kök və fərqli tərəvəzlər əlavə etsəniz onların dadı bir-birinə qarışar və çox ləzzətli bir spaqetti əldə edərsiniz.
Etiketlər: əlavə, etsəniz, birinə, makaronun, qaynadarkən, xırda, yağını, yağlı, etməyin, dərin, Makaronları, tökmək, yapışmayacaq, Makaronlarınız, qalacaq, üzərinə, hazırladığınız, sousu, edərsiniz, tərəvəzlər
BİZİ İZLƏYİN