• Tavanı yemək yanıqlarından qalan çətin izlərdən təmizləmək üçün

Reseptin məlumatları Baxış sayı: 12 158

Tarix : 16-09-2016, 10:00

Bölmə : Məsləhətlər


Tavanı yemək yanıqlarından qalan çətin izlərdən təmizləmək üçün illərcə sınaqdan keçmiş, ucuz və zərərsiz yol - soda, sirkə və duzdan istifadədir. İstifadə qaydası: tavaya bir və ya iki xörək qaşığı duz tökün, daha sonra tavanın dibini və yanıq hissəni tam örtəcək qədər sirkə əlavə edin və yüksək odda qaynamağa qoyun. Qaynamağa başladıqdan sonra tavaya stəkanın ¼-i qədər soda əlavə edib vam odda qaynadın. Tavadakı mayenin çox hissəsi buxarlandıqdan sonra odun üzərindən götürüb yuyun. Çox yanmış tavalar üçün proseduranı bir neçə dəfə təkrarlamaq lazımdır.
Etiketlər: sonra, sirkə, tavaya, əlavə, qədər, stəkanın, qaynadın, başladıqdan, qoyun, yüksək, qaynamağa, Tavadakı, Qaynamağa, mayenin, tavalar, proseduranı, təkrarlamaq, lazımdır, yanmış, yuyun
BİZİ İZLƏYİN