• Mətbəxdə rahatlıq

Reseptin məlumatları Baxış sayı: 12850

Tarix : 26.07.2014, 02:37

Bölmə : Məsləhətlər




Hər dəfə mətbəxə keçib yemək hazırlamaq, səliqə-sahman yaratmaq sizə çətin gəlməsin.
Çünki bu çətinliyi aradan qaldırmaq üçün sizə bəzi təkliflərimiz var: yemək hazırlamaq, yığıb-yığışdırmaq işini asanlaşdırmaq, daha doğrusu, əyləncəyə çevirmək öz əlinizdədir.

Bilirsiniz ki, mətbəx də ev kimi təmizliyinə daim diqqət edilməsi vacib olan məkanlardandır. Çünki ailə çox vaxt elə burada süfrə başına toplaşır. Buna görə də, əvvəlcə mətbəxi darısqallaşdıran lazımsız əşyalardan təmizliyin. Müxtəlif ölçülərdə rəflər hazırlayıb mətbəxin bir küncündə yerləşdirə və gündəlik istifadə etdiyiniz ərzaq məhsullarını bu rəflərdə saxlaya bilərsiniz.

Hətta lazım gəlsə, mətbəx şkaflarını tavana qədər də qaldırmaq olar. Şkafın ən üst rəfinə isə daha az istifadə etdiyiniz əşyaları qoya bilərsiniz. Beləlikə, həm yer qazanar, həm də şkafın üstünü “toz basmaqdan” qorumuş olarsınız.

Boş divarları isə açıq rəflərlə doldura bilərsiniz. Yaxşı olar ki, mikrodalğalı sobanı və bəzi mətbəx vasitələrini şkafın üst rəflərinə yerləşdirəsiniz.

Mətbəxi gözəl, səliqəli və təmiz saxlamaqla həm orada yemək hazırlamaqdan, həm də bir yerdə süfrə başına toplaşmaqdan zövq alacaqsınız.

Etiketlər: mətbəx, yemək, bilərsiniz, etdiyiniz, başına, qaldırmaq, hazırlamaq, Çünki, şkafın, istifadə, süfrə, əşyaları, rəfinə, Beləlikə, qazanar, üstünü, Şkafın, gəlsə, saxlaya, rəflərdə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
seva
bizim metbex balacadi deye biz orda yemek yemirik
15 avqust 2014 22:26
1
BİZİ İZLƏYİN