• Faydalı məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 24 482

Tarix : 26-07-2014, 02:41

Bölmə : Məsləhətlər


1. Paltara yapışmış saqqızı qoparmaq üçün həmin paltarı soyuducunun buzlu yerində 1 saat saxlamaq lazımdır. Əgər paltar buzlu yerə yerləşmirsə, onda saqqız yapışan yerə buz parçası qoyun.

2. Gümüş əşyaları təmizləmək üçün naşatır spirtinə həmin əşyaları salmaq lazımdır, sonra soyuq su ilə yumaq və yun əski ilə qurulamaq lazımdır.

3. Gümüş bəzək əşyalarını təmizləmək üçün isə onları bir parça sink və qaynar paltar sodası məhlulu tökülmüş suya salmaq lazımdır.
Rütubət ləkəsi olan gümüş əşyaları diş məcunu ilə təmizləmək olar. Xanımların işinə yarayacaq məsləhətlər.

4. Bankanın polietilen qapağını açmaq üçün bankanın üstünə qaynar su olan qab qoymaqla açmaq olar. Beləliklə qapaq isinəcək və asan açılacaq.

5. Çaydanı ərpdən təmizləmək üçün: Boş çaydanı isidib içinə bir stəkan suyu təzyiqlə tökmək lazımdır. 1-2 paket limon turşusu qatılmış suyu ərpli çaydanda qaynatmaq olar. 1 çay qaşığı sodanı suya qataraq, çaydanda 30 dəqiqə müddətində qaynatmaq lazımdır.

6. Holland pendiri keçirdiyiniz sürtkəci təmizləmək üçün, sürtkəcdən yarım çiy kartof keçirin. Bundan sonra sürtkəc rahat təmizlənəcək.

7. Kartofun bişərkən xırçıltılı və qırmızımtıl rəngdə olması üçün qızartmazdan əvvəl kartofu yaxşıca qurutmaq lazımdır. Bunun üçün dəsmaldan istifadə edə bilərsiniz. Daha sonra qaynar yağın içinə atmaq və qızarandan sonra duzlamaq lazımdır.

8. Təzə kartofu təmizləmək üçün, qabyuyan sungərdən (bir tərəfi porolon, digər tərəfi kələ-kötür material olsun) istifadə edin.

9. Kartofu uzun müddət saxlamaq üçün: Kartofu saxlayacağınız yer təmiz və quru olmalıdır. Kartofu zirzəmidə saxlayacağınız təqdirdə ventilyasiya üçün pəncərə qoymaq lazımdır. Kartofu qış fəslində 2-5 dərəcə istilikdə və 85-95 % nisbi rütubət şəraitində saxlamaq lazımdır.
Etiketlər: lazımdır, təmizləmək, Kartofu, sonra, saxlamaq, əşyaları, qaynar, içinə, Gümüş, tərəfi, saxlayacağınız, salmaq, həmin, istifadə, qaynatmaq, çaydanda, kartofu, buzlu, paltar
BİZİ İZLƏYİN