• Soyuducudan xoşagəlməz qoxuların aradan qaldırılması

Reseptin məlumatları Baxış sayı: 10 910

Tarix : 8-10-2016, 19:00

Bölmə : Məsləhətlər


İstifadəçilərimizdən bəziləri soyuducudan xoşagəlməz qoxuların aradan qaldırılması ilə bağlı bizə suallar ünvanlayıblar. Bununla bağlı məsləhətlərin bütün xanımlar üçün faydalı olacağını nəzərə alaraq onları sizinlə bölüşürük:
1. Sodalı su - soyuducunu təmizləmək üçün əla vasitədir. Bir qab ilıq suya yarım stəkan soda tökün. Soyuducunu elektrikdən ayırıb tam boşaltdıqdan sonra bu su ilə təmizləyin.
2. Süd - sodalı su ilə soyuducunu təmizlədikdən sonra və ya hər zaman soyuducuda bir qab süd saxlamaqla da qoxuları aradan qaldıra bilərsiniz. Amma südü 2-3 gündən bir dəyişməyi unutmayın.
3. Limon - xoş ətir üçün bir qabda 3-4 dilim limonu soyuducunun ən alt gözündə yerləşdirin. Hər gün bu limon dilimlərini yeniləyin.
4. Aktivləşdirilmiş kömür də soyuducudakı qoxuları aradan qaldırır.
5. Əgər soyuducuda bunlara rəğmən getməyən qoxu varsa, soyuducların arxasında və ya altında əlavə suların yığıldığı konteyneri tapmaq lazımdır. Belə bir kontenyer varsa, onu açın, suyunu boşaldıb sodalı suda bir müddət saxlayın və sonra yuyun.
Etiketlər: aradan, sonra, bağlı, sodalı, varsa, soyuducuda, soyuducunu, qoxuları, kömür, dilimlərini, yeniləyin, soyuducudakı, limon, Aktivləşdirilmiş, soyuducunun, qabda, Limon, unutmayın, dilim, limonu
BİZİ İZLƏYİN