• Dolmalıq kələmi necə seçməli?

Reseptin məlumatları Baxış sayı: 14 969

Tarix : 27-07-2014, 02:52

Bölmə : Məsləhətlər


Dolmalıq kələm iri olmalıdır.

Kələmi əlinizə götürüb, sıxanda içi boş təəssüratı yaratmalıdır. Yarpaqlar bir-birindən ayrı olmalıdır.

Dolmanı bərk kələmə bükəcəksinizsə: öncə kələmin ortasında dərin oyuq yaradın, tərsə çevirib iri qazanda qaynadın, daha sonra yarpaqları diqqətlə ayırıb, dolmanı bükün.

Damarlı bərk kələmlər dolma üçün səhv seçimdir.

Qaynadılmış kələmin üzərində qalanda bərk damarlar bükülərkən çətinlik yarada bilər. Ona görə də damarları əl ilə və yaxud bıcağın arxa tərəfi ilə yumşaldıla bilər.

Ətli kələm dolması incə olmamalıdır. Əksinə, içliyi bol qoyulub, qalın bükülməlidir.
Etiketlər: bilər, olmalıdır, kələmin, kələm, bükülərkən, çətinlik, yarada, damarlar, üzərində, dolma, kələmlər, seçimdir, Qaynadılmış, damarları, qalanda, yaxud, içliyi, qoyulub, qalın, bükülməlidir
BİZİ İZLƏYİN