• Çörəyiniz kiflənməsin

Reseptin məlumatları Baxış sayı: 3987

Tarix : 27.07.2014, 03:09

Bölmə : Məsləhətlər


Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra xəmirə qatın.

Peçenyeləriniz bərkiməsin deyə, tənəkə qutuda (yüksəkkeyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun.

Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və yuyun.

Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın.

Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın.

Makaronu qaynadarkən suyuna bir qaşıq maye yağ tökün ki, bir-birinə yapışmasın.

Çörəyin kiflənməməsi üçün çörək qutusuna bir qab duz qoyun.

Təzə çörəyi asan kəsmək üçün bıçağı bir qədər odda qızdırın.

Keks daha çox qabarsın deyə, tərkibinə bir qaşıq qaynar su əlavə edin.

Etiketlər: qoyun, Cemin, saxlayın, qaşıq, böyüklüyündə, Makaronu, suyuna, qaynadarkən, içinə, istəmirsinizsə, qaşığı, götürərkən, salfet, dəsmalla, köpüklənməsini, qurulayın, bişirərkən, tökün, qızdırın, qədər

loading...
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica