• Dibi yanmış qazan və tavaların təmizlənməsi

Reseptin məlumatları Baxış sayı: 25 829

Tarix : 27-01-2017, 09:00

Bölmə : Məsləhətlər


Yapışmayan tava və qazanlar bizi bu dərddən qismən də olsa, qurtarıblar. Amma bəzən qaz üstündə unutduğumuz yeməkləri qazan dibindən təmizləmək xeyli vaxtımızı alır. Yanmış qazan və tava dibini daha rahat təmizləmək üçün məslətlərimiz var:

1. Qazanı və ya tavanı su ilə doldurun. İçinə qabyuyan maye əlavə edib, qaynamağa qoyun. 100 dərəcədə bir neçə dəqiqə qaynadın və qazdan götürün. Bir saat saxlayın.
2. Qazanı bir daha təmizləyin.
3. Hələ də yapışmış yemək qalıqları varsa, dibinə pasta səpib, üstünə su tökün. Bir gün beləcə qalsın. Növbəti gün 2 yemək qaşığı sirkə və su əlavə edib, 10 dəqiqə qaynadın. Yemək qalıqları tamamilə çıxdısa, son dəfə yuyun. Əks təqdirdə bir gün daha suda saxlayıb, bir də yuyun.
4. Bundan əlavə, yemək tavanın dibinə yapışıbsa, bir gün duzlu suda saxlaya bilərsiniz. Bu halda tava daha tez təmizlənəcək.
Etiketlər: əlavə, yemək, təmizləmək, Qazanı, yuyun, dəqiqə, qazan, dibinə, qalıqları, qaynadın, qalsın, varsa, Növbəti, beləcə, pasta, üstünə, qaşığı, tökün, səpib, Yemək
BİZİ İZLƏYİN