• Sobanın təbii vasitələrlə təmizlənməsi

Reseptin məlumatları Baxış sayı: 11 925

Tarix : 18-11-2016, 09:00

Bölmə : Məsləhətlər


Sevdiklərimizə bəxş etdiyimiz ləzzətlərin bir çoxu evimizdəki sobaların sayəsində reallaşır. Müxtəlif növ şirniyyatları, çörəkləri, börəkləri, pizzaları iştahla yemək nə qədər qısa sürürsə soba təmizliyi də çox təəssüf ki bir o qədər uzun və əziyyətli olur. Xüsusilə nizamlı təmizlənməyən sobaların daxili səthindəki qalıqlar böyük çətinlik yaradır. Lakin, qurumuş çirkləri çıxarmağın artıq çox asan bir yolu var! Artıq soba təmizliyi üçün zamanınızı və gücünüzü sərf etməyinizə gərək qalmayacaq! Marketlərdə satılan kimyəvi maddələrin yerinə təbii vasitələrdən hazırlayacağınız bu qarışıqla sobanızdakı ləkələrdən xilas ola biləcəksiniz. Beləcə həm kimyəvi maddələrdən xilas olacaq, həm də büdcənizə qənaət edəcəksiniz. Bunun üçün Sizə, 1 stəkan su, 3 xörək qaşığı sirkə, 2 xörək qaşığı duz və yarım stəkan soda lazım olacaq. Öncə sadalananları bir qabın içərisində qarışdırın. Sobanın içərisinə, eləcə də, soba xaricində yağ tutmuş bölgələrə diş fırçası ilə, yaxşıca sürtün. Sonra, 2 dəqiqə gözlədin, yağların qabardığını görəcəksiniz. İlıq su və bezin köməyilə yağlı bölgəni təmizləyin.Sodalı məhlulla yağ ləkələrindən xilas olmanın nə qədər də asan olduğunu gördükdə heyrətlənəcəksiniz.

Soba şüşəsinin təmizliyi üçün isə, bir çay qaşığı qabartma tozu və yarım stəkan suyu qarışdıraraq qatı bir məcun hazırlayın. Məcunu şüşəyə səpin. Yarım saat gözləyin. Sonra süngərlə şüşəni sürtüb, təmizləyin.

Bəli, soba təmizləmənin ən asan yolunu öyrəndininiz. Tətbiq etməyin zamanıdır.
Etiketlər: xilas, qədər, stəkan, qaşığı, təmizliyi, kimyəvi, Sonra, yarım, xörək, olacaq, təmizləyin, sobaların, bölgələrə, fırçası, tutmuş, eləcə, xaricində, yaxşıca, sürtün, gözlədin
BİZİ İZLƏYİN