• Çayın düzgün dəmlənmə qaydaları

Reseptin məlumatları Baxış sayı: 11 980

Tarix : 11-11-2016, 11:00

Bölmə : Məsləhətlər


5000-dən çox yaşı olan çayın yaranması və düzgün dəmlənməsi haqda nələri bilirik?! Gəlin, çayın tarixi keçmişinə bir də zaman pəncərəsindən baxaq. Mənbələrə görə, Çin hökmdarı Şen Nunun xidmətçilərindən biri bağçada su qaynadarkən, içərisinə təsadüfən çay yarpağı düşür. Bağçanı bürüyən xoş ətir hökmdarı valeh edir. İçkinin dadına baxdıqdan sonra isə, çayın istehsalına əmr verir. Beləcə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bu sehirli içki, öncə Çinə, sonra isə bütün dünyaya yayılır.

Çayın dəmlənməsi ilk baxışdan sadə görünsə də, böyük peşəkarlıq tələb edir. Dəm çaydanının materialından tutmuş, istifadə edəcəyiniz suyun tərkibinədək hər bir amil, çayın dadına böyük təsir göstərir. Odur ki, aşağıdakı şərtlərə əməl etsəniz, Çay süfrənizin ləzzəti hələ uzun müddət damağınızda qalacaq:

SU
Çay dəmlənməsi zamanı ən gözəl seçim təbii bulaq suyudur. Çünki bu suyun tərkibindəki faydalı minerallar çayın xoş ətirini daha da artıracaq. Əgər bulaq suyu tapmasanız, təmizlənmiş sulardan istifadə edə bilərsiniz. Təmizlənmiş suların tərkibində, çayın qoxusunu və dadını kəskinləşdirən zərərli maddələr olmur.

Çay dəmlənməsində isti kran suyundan istifadə etmək, orqanizmə çox ziyandır. Bu zaman su kəmərlərinin daxilindəki zəhərli maddələr suya çökür və suyun tərkibindəki oksigen itir.

Asiyada ənənəvi olaraq, çay dəmləmək üçün işlədilən su, mütləq qaynadılmalıdır. Bu zaman suyun tərkibindəki ziyanlı mikrob və bakteriyalar ölür, keyfiyyəti artır. Həmçinin, suya tökülən çay yarpaqlarının xoş rahiyəsi daha tez yayılır, eləcə də dəmlənmiş çay oksigenlə zəngin olur.

TEMPERATUR
Çayın dəmlənməsində istilik dərəcəsi həlledici rol oynayır. "İstənilən çayın hazırlanmasında qaynar su istifadə etmək mütləqdir" fikri tamamən yanlışdır. Yaşıldan tutmuş qarayadək hər bir çay növü individual tərkibə malikdir, və onları müxtəlif temperatur həddində dəmləmək lazımdır. Məsələn yaşıl çay daha incə emal edildiyi üçün, onu ilıq suda dəmləyib, içmək doğrudur. Qara çay isə əksinə, əsil ləzzətini üzə çıxarmaq üçün qaynar suda dəmlənməlidir.

DƏMLƏNMƏ MÜDDƏTİ
İstilik dərəcəsi kimi, dəmlənmə müddəti də çay növünə görə dəyişə bilir. Əgər yaşıl çay kimi incə yarpaqlılar qısa zaman kəsiyində dəmlənirsə, qara, fermentli və bir sıra digər növlərin hazırlanma müddəti daha uzun olur. Bu həmçinin müxtəlif cəmiyyətlərin mədəniyyətindən və şəxsi seçimdən asılıdır.

ÇAYDANIN (dəmlik) MATERİALI
İlk baxışdan əhəmiyyətsız görünsə də, çaydanın materialı da, çay dəmlənməsində böyük önəm daşıyır. Dəm çaydanı alarkən, dəmlənəcək çayların növlərinı nəzərə almaq lazımdır. Məsələn damir çaydan mayeni uzun müddət isti saxlamaq keyfiyyəti sayəsində, yüksək temperaturda dəmlənən çaylar üçün ideal seçimdir. Bu siyahıya qara çay və s. daxildir. Yaşıl, ağ və digər zəif temperaturda dəmlənən çayları isə çini və şüşə materiallı dəm çaydanlarında hazırlamaq doğrudur. Beləcə çayın ləzzəti və ətiri də ürəyinizcə olacaq.

ÜMUMİ TƏLİMATLATLAR
Təqdim edəcəyimiz cədvəldə çayların növünə görə dəmlənmə müddəti, suyun temperaturu, dəmliyin materialı seçimləri haqda ətraflı göstərişlər qeyd olunub.
Etiketlər: çayın, suyun, zaman, istifadə, müddəti, dəmlənməsində, böyük, dəmlənməsi, tərkibindəki, Beləcə, temperaturda, dəmlənən, dadına, sonra, yaşıl, Məsələn, yayılır, görünsə, çayların, maddələr
BİZİ İZLƏYİN