• Südü bişirərkən çürütməməyin əsas sirləri

Reseptin məlumatları Baxış sayı: 12 278

Tarix : 12-11-2016, 11:00

Bölmə : Məsləhətlər


Deyirlər mətbəxdə ən çox iki şeyə diqqət etmək lazımdır: 1 südü bişirərkən çürütməmək, 2 soğanı qovurarkən yandırmamaq.

Bugun sizə südü bişirərkən çürütməməyin qızıl qaydalarından bəhs edəcəyik.

I Sirr
Ümumiyyətlə südü alumin qabda, orta odda qaynatmaq lazımdır. Yüksək odda bişirilən südün yanmaq ehtimalı böyükdür.

II Sirr
Südü qazana tam deyil, yarıyadək tökün. Süd bişən müddətdə daim qarışdırmaq lazımdır ki, üzərində köpüklər yaranmasın.

III Sirr
Südü qaynadacağınız qazanın içərisini soyuq su ilə yaxalayın. Lakin silib, qurulamayın. Çünki, süd nəinki yana, hətta çürüyə bilər.

IV Sirr
Qazanın dibinə üzüaşağı qoyulmuş kiçik boşqab yerləşdirin, sonra südü töküb, ocaqda bişirin. Bu zaman südün üzərində köpük yaranması və sürətli qaynama prossesi dayanacaq. Süd qızdıqca qazanın dibindən boşqabın səsini eşidəcəksiniz ki, məhz buna görə də süd çürüməyəcək.

V Sirr
Südün içinə 1 ədəd qənd atıb, qazanın qapağını bağlayıb, qaynadan zaman da süd çürümür. Lakin bu zaman südü ən gec 3 dəqiqədən bir qarışdırmaq lazımdır.

VI Sirr
Maraqlı üsullardan biri də südü kərə yağı ilə qaynatmaqdır. Belə ki, qazanın divarlarını yağlayıb, sonra südü töküb, bişirən zaman yağ nazik qat formalaşdırır ki, bu da südün həmin qatdan yuxarı qalxmasının qarşısını alır.
Etiketlər: qazanın, lazımdır, zaman, südün, töküb, qarışdırmaq, sonra, üzərində, Lakin, bişirərkən, prossesi, qızdıqca, boşqabın, dibindən, qaynama, dayanacaq, yaranması, ocaqda, yerləşdirin, kiçik
BİZİ İZLƏYİN