• Mətbəx sirrləri

Reseptin məlumatları Baxış sayı: 12 461

Tarix : 3-12-2016, 19:00

Bölmə : Məsləhətlər


1. Un saxladığınız qabın içərisinə bir dəfnə yarpağı atmaq - unun nəmlənməsinin qarşısını alacaq və daha uzun müddət qalacaq.

2. Yumurta qaynadarkən suya 1 qaşıq sirkə əlavə etsəniz yumurtalar çatlasa da dağılmayacaq.

3. Süd qaynadarkən qazanın kənarını zeytun yağlı bir dəsmal ilə silin. Bu südün daşmasının qarşısını alacaq.

4. Yemək bişirən zaman ədviyyatların hamısını eyni vaxtda deyil, ardıcıllıqla əlavə edin. Bu zaman ləzzəti daha da artacaq.

5. Təzə cəfəri, şüyüd kimi göyərtilər başları suda olmaqla bir qabda otaq temperaturunda saxladıqda, soyuducuda olduğundan daha uzun müddət təzə qalacaq. Amma suyu hər gün dəyişmək lazımdır.

6. Sarımsağı qovuracaqsınızsa rəndələmək əvəzinə kiçik kiçik doğrayın. Bu zaman sarımsaqlar qovrularkən yanmayacaq.

7. Mətbəxdə işləyərkən bir tərəfdən də toplayıb təmizləməyə çalışın. Bu zaman iş bitdikdə mətbəx çox da səliqəsiz olmayacaq.

8. Bir şey qizardarkən yağın lazımi qədər qızdığını yoxlamaq üçün taxta qaşığın ucunu yağa batırın. əgər ətrafında hava qabarcıqları yaransa, deməli, yağ hazırıdr.

9. Yemək reseptləri qanun deyil. Sevmədiyiniz bir ədviyyatı sevdiyiniz başqa bir ədviyyatla dəyişib daha yaxşı nəticə əldə edə bilərsiniz. Çünki hər kəsin zövqü ayrıdır.

10. Tərəvəz qaynadarkən suya duz əlavə edin. Bu zaman tərəvəzlərin öz ləzzətləri daha çox bilinəcək və süfrədə yenidən duz əlavə etməyə ehtiyac qalmayacaq.
Etiketlər: zaman, əlavə, qaynadarkən, alacaq, qalacaq, qarşısını, deyil, müddət, Yemək, kiçik, deməli, qaşığın, taxta, yoxlamaq, yaransa, batırın, qızdığını, ətrafında, qabarcıqları, ucunu
BİZİ İZLƏYİN