• Tort hazırlayarkən etdiyimiz səhvlər

Reseptin məlumatları Baxış sayı: 3713

Tarix : 5.12.2016, 09:00

Bölmə : Məsləhətlər


Əziz xanımlar, bir çoxlarınız tort hazırlayarkən fərqində olmadan səhvlər edirsiniz və nəticədə ya korjlarınız (tortun layları) kifayət qədər qabarmır ya da ləzzətini istədiyiniz kimi edə bilmirsiniz. Bunun üçün sizlərə etdiyiniz səhvləri və həll yollarından ibarət olan bu paylaşımımızı hazırladıq:

Tort hazırlayarkən etdiyimiz səhvlər;

1. Ərzaqları otaq temperaturunda gözlətmədən istifadə edirsiniz:
Tort hazırlamağa qərar verdikdə bütün ərzaqları əvvəlcədən soyuducudan çıxarıb gözləyin. Əks təqdirdə biskvitiniz nə istədiyiniz qədər ləzzətdə olar, nə də qabarar;

2. Yumurtaların sarı və ağını ayırmadan əlavə edirsiniz:
Korj qabarmır deyə məyus olanların etdiyi ən böyük səhvlərdən biri də məhz budur. Yaxşı qabarmış korjlar üçün reseptdəki yumurta miqdarının sarı və ağını ayıraraq əlavə etməlisiniz.Reseptdəki şəkər miqdarını isə ikiyə bölərək ayrı ayrı həm ağa həm də sarıya əlavə edib yaxşıca qarışdırmalısınız. Belə ki yumurta ağının qatılığı elə olmalıdır ki, başı aşağı tutduqda belə tərpənməsin. Yumurta ağının içinə cüzi miqdarda belə sarısı qarışmamalıdır, ona görə diqqətli olmanız lazımdır.

3. Quru ərzaqları ələmədən qatırsınız:
Quru ərzaq dedikdə un, qabartma tozu, şəkərli vanilin və s nəzərdə tutulur. Quru ərzaqları mütləq ələyərək əlavə etmək lazımdır. Beləcə həm yumurtaların qabarıqlığını söndürməmiş olursunuz, həm də topaqlanmaların qarşısını alırsınız.

4. Xəmiri çox sürətli və lazımından daha çox qarışdırırsınız:
Xəmiri yavaş-yavaş və diqqətlə qarışdırmaq çox əhəmiyyətlidir. Hətta ən vacib nöqtəsi də budur ki, unu ələyərək qarışığa əlavə etdikdən sonra taxta qaşıq köməyi altdan üstə doğru, yalnız un gözdən itənə qədər qarışdırmanız kafidir. Xəmiri lazımından çox qarışdırsanız bu birbaşa korjun qabarıqlılığına təsir edəcək.

5. Davamlı olaraq sobanın qapağını açıb korjun bişib bişmədiyinə baxırsınız.
Korj tam bişmədən sobanın qapağı açılmamalıdır. Qapağın açılmasıyla dəyişən hava keksinizin qabarıqlığının sönməsinə səbəb olacaq, bu da əziyyətinizi heyif edəcəkdir.

Etiketlər: əlavə, Xəmiri, qədər, ərzaqları, edirsiniz, istədiyiniz, qabarmır, yavaş, yumurta, budur, ələyərək, korjun, səhvlər, hazırlayarkən, lazımdır, ağını, lazımından, sobanın, ağının, qarışdırırsınız
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica