• Tabasko sousu haqqında

Reseptin məlumatları Baxış sayı: 11 739

Tarix : 2-03-2017, 09:00

Bölmə : Məsləhətlər


Tabaskonun vətəni Amerika, Eyveri Aylend adalardır. Sous üçün yerli mədənlərdən çıxarılan duzdan və acı qırmızı tabasko bibərindən istifadə olunur. Hindu dilindən tərcümədə «Tabasko» “nəm torpaq ölkəsi” deməkdir. Əsil tabasko üçün duz bu gün də Eyveri Aylend mədənlərindən götürülür. Bibərlər xüsusi istixanalarda becərdilir, məhsul əllə yığılır. Bibər və duzu qarışdırırlar və 3 il ərzində ağ palıddan olan çəlləklərdə saxlayırlar. Daha sonra sous bibər tumlarından və qabıqdan təmizlənir və bir ay ərzində ağ sirkə ilə qarışdırılır. Nəticədə acı bibərli sous alınır.

“Tabasko” təkcə Amerikada deyil, həmçinin İngiltərədə də populyardır. Kraliça Yelizaveta bu sousu çox sevir. Tabasko həmçinin “Qanlı Meri” kokteylinin əsas inqrediyentlərindəndir.
Etiketlər: tabasko, həmçinin, Eyveri, Aylend, ərzində, sirkə, qarışdırılır, Nəticədə, alınır, bibərli, tumlarından, saxlayırlar, çəlləklərdə, sonra, bibər, qabıqdan, təmizlənir, deyil, Tabasko
BİZİ İZLƏYİN