• Vusterşır sousu haqqında

Reseptin məlumatları Baxış sayı: 14 805

Tarix : 3-03-2017, 09:00

Bölmə : Məsləhətlər


Vusterşır və ya Vuster sousu Vusterşir qraflığı şərəfinə adlandırılıb. Sous sirkə, şəkər və balıq əsasında hazırlanır. XIX əsrin ikinci yarısında yaranan sous o vaxtda populyarlaşıb. Bu tərkibinə 20 komponent daxil olan ənənəvi İngiltərə turş-şirin sousudur. Sousu qızardılmış və pörtlənmiş ət yeməklərində, isti qəlyanaltılarda, soyutma və qızartma balıq yeməkləri həmçinin bastırma balıq filesi ilə istifadə edirlər.

Sous çox qatı olduğundan ondan 2-5 damcı istifadə olunur. Vuster susunun tərkibinə fərqli komponentlər daxildir: tomat pastası, qoz, şampinyon ekstraktı, soğan, sarımsaq, qara istiot, ançous, karri, çili bibəri, ətirli istiot, limon şirəsi, kərəviz, zəncəfir, cövüz, tərxun, duz, şəkər və şirə, çaxır və ya portveyn, ət bulyonu, sirkə və su.
Etiketlər: balıq, sirkə, şəkər, tərkibinə, istifadə, istiot, Vuster, pastası, tomat, ekstraktı, şampinyon, daxildir, susunun, ondan, olduğundan, edirlər, damcı, olunur, fərqli, soğan
BİZİ İZLƏYİN