• Yaxşı əti necə seçmək lazımdır?

Reseptin məlumatları Baxış sayı: 4193

Tarix : 5.03.2017, 11:00

Bölmə : Məsləhətlər


1. Cavan heyvanın əti daha dadlı olur.
2. Yalnız təzə ət alın. Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır.
Dondurulmuş ət almayın - onun keyfiyyətli olub-olmadığını təyin etmək çətindir. Bundan əlavə dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.
3. Əti tanış, etibar qazanmış satıcılardan alın.
4. İlk növbədə ətin rənginə fikir vermək lazımdır. Yaxşı mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd olur.
Ətin rəngi tünd qırmızıdırsa, bu o deməkdir ki, heyvan qoca olub. Belə ətin dadı yaxşı olmur.
5. Ətin piyinə də fikir verin. Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.
6. Ətə əl vurun. Ət çox yumşaq, boş olmamalıdır, elastik olmalıdır.
7. Əti barmaqlarınızla sıxın. Əmələ gələn batıq dərhal düzəlməlidir.
8. Yaxşı ət quru olur, əllərə yapışmır, selikli olmur.
9. Ətin xoş iyi olmalıdır. Əlavə iylərin olması (turş və s.) yolverilməzdir.

Etiketlər: Yaxşı, olmalıdır, olmur, rəngdə, faydalı, ətinin, fikir, qoyun, dadlı, rəngində, heyvanların, vurun, qırmızıdırsa, verin, yaxşı, yumşaq, deməkdir, piyinə, heyvan, elastik
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica