• Şabalıdın təmizlənməsi

Reseptin məlumatları Baxış sayı: 30 604

Tarix : 26-05-2014, 17:44

Bölmə : Məsləhətlər


Şabalıdın təmizlənməsinin ən asand üsulu belədir:
Şabalıdın baş tərəfindən aşağı doğru və altını da bıçaqla kəsirik.
Burda diqqət etmək lazımdır ki, qabıqla bərabər pərdəsini də kəsin.Yoxsa pərdəni soymaq çətin olacaq. Şəkillərə baxın.
Şabalıdın hamısının qabıqlarını kəsdikdən sonra qazanda su qaynadırıq.
Qaynayan suya şabalıdları salıb təxminən 5-10 dəqiqə qaynadırıq.
Deşikli qaşıq vasitəsilə sudan çıxarıb düz qaba töküb qabıqlarını çıxardırıq.
Qabıqlar cox rahat çıxacaq. Bəzilərinin də qabığı elə suda çıxacaq.
Əgər şabalıdı saxlamaq istəyirsinizsə onda hər pay üçün istədiyiniz qablara yığıb ağzına sellofan çəkib ya da sellofana yığıb ağzını bağlayıb soyuducunun buzxanasına saxlaya bilərsiniz.
Etiketlər: Şabalıdın, yığıb, qabıqlarını, çıxacaq, qaynadırıq, Bəzilərinin, çıxardırıq, Qabıqlar, rahat, töküb, sudan, Deşikli, dəqiqə, qaşıq, vasitəsilə, qabığı, çıxarıb, saxlamaq, soyuducunun, bağlayıb
BİZİ İZLƏYİN