• Bağırsaqlarda mikrobları öldürən, arıqlamağa kömək edən ədviyyat

Reseptin məlumatları Baxış sayı: 2 435

Tarix : 14-04-2017, 09:00

Bölmə : Məsləhətlər


Təəssüf ki, bu olduqca faydalı ədviyyatdan bizdə çox da populyar deyil. Söhbət xardaldan ("qorçitsa") gedir.
Xardal həzm sistemi üçün əla təbii müalicəvi və profilaktik vasitədir. Xardal həzm sistemində yaşayan əksər ziyanlı mikroorqanizmləri məhv edir. Bu səbəbdən ədviyyat mədə-bağırsaq sistemi üçün sanki güclü təmizləyici vasitədir.
Həmçinin xardal bağırsaqlarda iltihabları azldır, həzm proseslərinı yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir, mübadilə proseslərini aktivləşdirir.
Piylərin parçalanmasını sürətləndirən xardal arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir.
Yağlı ət xörəklərini qəbul etdikdə xardal sousundan istifadə edin. Bu həzm proselərini asanlaşdıracaq və artıq çəkinin yığılmasına mane olacaq.
Bundan əlavə xardal sinir və immun sisteminə müsbət təsir edir, xərçəng əleyhinə təsirə malikdir.
Təbii ki, yandırıcı təsirə malik olan xardal sosundan sui-istifadə etmək olmaz. Mədə-bağırsaq sistemində ciddi pozulmaları olan (xüsusilə xora xəstəliyi və s.) insanlar üçün xardalın qəbulu əks göstəriş sayılır. Bundan əlavə allergiyadan və vərəmdən əziyyət çəkən insanlar da xardalın qəbulundan çəkinməlidir.
Etiketlər: xardal, sistemində, vasitədir, insanlar, sistemi, təsirə, Xardal, Bundan, əlavə, parçalanmasını, istifadə, bağırsaq, xardalın, sinir, çəkən, qəbulundan, əziyyət, immun, müsbət, sisteminə
BİZİ İZLƏYİN