• Şabalıdın təmizlənməsi

Reseptin məlumatları Baxış sayı: 4 475

Tarix : 1-05-2017, 09:00

Bölmə : Məsləhətlər


Şabalıdın təmizlənməsinin ən rahat üsulu belədir:

Şabalıdın baş tərəfindən aşağı doğru və altını da bıçaqla kəsirik. Burda diqqət etmək lazımdır ki, qabıqla bərabər pərdəsini də kəsin. Yoxsa pərdəni soymaq çətin olacaq. Şabalıdın hamısının qabıqlarını kəsdikdən sonra qazanda su qaynadırıq. Qaynayan suya şabalıdları töküb təxminən 5-10 dəqiqə qaynadırıq. Deşikli qaşıq vasitəsilə sudan çıxarıb düz qaba töküb qabıqlarını çıxardırıq. Qabıqlar cox rahat çıxacaq. Bəzilərinin də qabığı elə suda çıxacaq.

Əgər şabalıdı saxlamaq istəyirsinizsə onda hər pay üçün istədiyiniz qablara yığıb ağzına sellofan çəkib ya da sellofana yığıb ağzını bağlayıb soyuducunun buzxanasına saxlaya bilərsiniz.
Etiketlər: Şabalıdın, çıxacaq, yığıb, qabıqlarını, qaynadırıq, rahat, töküb, çıxardırıq, Qabıqlar, Bəzilərinin, çıxarıb, vasitəsilə, dəqiqə, Deşikli, qaşıq, qabığı, sudan, saxlamaq, bağlayıb, ağzını
BİZİ İZLƏYİN