• Dadlı südlü Nescafe necə hazırlanır?

Reseptin məlumatları Baxış sayı: 862

Tarix : 1.05.2017, 11:00

Bölmə : Məsləhətlər


Günə bir fincan südlü kofe ilə başlamaq qədər gözəl bir dad yoxdur. Bəzilərimiz alınma südlü qəhvələrdən istifadə edirik və hər nə qədər də “coffee shop”larda olan kofelərin dadını verməsə də yetinməli oluruq. Amma özümüz də evdə o “coffee shop”larda hazırlanan südlü Nescafe-nin dadını verən kofe hazırlaya bilərik. Necə hazırlaya bilərik sualı yarandısa resepti sadəcə yoxlamaq lazımdır.

Yumşaq dadı sevənlər Nescafe Gold və ya Jacobs Cronat Gold kimi markaların yaxşı üyüdülmüş qəhvələrindən istifadə edə bilərlər. Amma hansı dada malik qəhvəni sevirsənsə onda da istifadə edə bilərsən.

Hazır kofe necə düzəldilir?
Bunun üçün yarı-yarıya süd və su götürülür. Fincanın yarısına su, yarısına da süd əlavə edilir. Suyun istiliyi kofenin dadını müəyyən edən ən vacib faktordur. Əgər su çox isti olarsa kofeni yandırar və dadını qaçırdar. Su ilıq olduğu halda isə kofe həll olmaz və dadı acılaşar. Buna görə də suyun istiliyinə xüsusi diqqət vermək lazımdır. Bunun üçün də suyu qaynatdıqdan sonra onun bir az soyuması üçün təxminən 30 saniyə gözləmək lazımdır.

Ləzzətli kofenin püf nöqtələri
Südün də istiliyi su qədər çox vacibdir. Südün isti qalması üçün su qaynayanda çaydanın qapağını tərs tərəfinə çevirib yarıya qədər süd dolu kofe fincanını qapağın üstünə qoyuruq. Beləliklə, su qaynadıqca süd də isti qalır. Daha vacib püf nöqtəsi isə fincan otaq istiliyində olmalı və ya içinə isti su alıb çalxalamaq lazımdır. Su qaynadıldıqdan sonra 30 saniyə gözləyib sonra süd olan fncana əlavə edilir və qarışdırılır. İndi isə kofeni əlavə etmək vaxtıdır. Bu kofenin çox gözəl ətir verməsi üçün ən püf nöqtədir. Bir çay qaşığı Nescafe Gold-u südlü suyun olduğu kofe fincanına səpirsən. Qarışdırmırsan, sadəcə, səpirsən. Heç bir halda qarışdırmaq olmaz. O özü yavaş-yavaş südlə qarışacaq. Bu proses təxminən 1 dəqiqə davam edəcək.

Südlü kofe necə hazırlanır?
Kofenin həll olduğunu gördükdən sonra bir dəfə qaşıqla qarışdırmaq lazımdır. Budur, çox dadlı və çox gözəl ətirli südlü Nescafe-n hazırdır. Qeyd edək ki, kofe metabolizmanı sürətləndirərək kilo atmağa köməkçi olan super içkidir.

Etiketlər: lazımdır, südlü, sonra, dadını, qədər, Nescafe, istifadə, kofenin, əlavə, gözəl, vacib, edilir, Bunun, yarıya, yarısına, kofeni, istiliyi, olmaz, səpirsən, qarışdırmaq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica