• Feyxoadan hazırlaya biləcəyin ləzzətlər

Reseptin məlumatları Baxış sayı: 2 468

Tarix : 9-07-2018, 18:00

Bölmə : Məsləhətlər


Payız mövsümünün həm dadlı, həm də faydalı olan ekzotik meyvəsi olan feyxoadan yaxınların və özün üçün dadlı qidalar hazırlaya bilərsən. Bu işdə sənə kömək olmaq üçün ekzotik meyvədən hazırlanan bir neçə resept təqdim edirik.

Cem
Feyxoanı uzun müddət saxlamaq olur, bişirməyə ehtiyac qalmır. Əgər ki, cem etmək istəsən meyvələri sadəcə ət çəkilən maşından keçirdib şəkərlə qarışdırmaq lazımdır. Belə cemdən şiriniyyatlar bişirəndə içlik kimi istifadə etmək mümkündür. Feyxoanın meyxoş dadına dad qatmaq üçün şəkərlə yanaşı darçın, hind qozu və vanil qatmaq olar. Hazır olan cem soyuducuda saxlanılmalıdır.

Pancake üçün içlik
Bunun üçün: yarım litr süd, 2 yumurta götürürük, 1.5-2 stəkan un əlavə edirik. Diqqət: xəmir üçün az un əlavə etmək lazımdır ki, incə pancake alınsın. Zövqə görə duz və şəkər də əlavə edilir. Çay qaşığının ¼ hissəsi qədər soda götürülür və isti suda həll olunur, sonra isə qarışığa əlavə olunur. Bu xəmiri süd və ya qatıq əlavə edərək başqa bir şey üçün də istifadə etmək olar. Feyxoanı da blenderdən keçirib püre halına salırıq. Alınan püreyə bir az da bitki yağı qoyuruq. Pancake-ləri tavada hər iki tərəfəni qızarana qədər bişirin. Sonra isə feyxoa püresini arasına yığıb bükün. Üzərinə də şəkər pudrasl əlavə etmək olar. Bu qida nəinki dadlı, hətta faydalıdır da.

Feyxoa ilə toyuq
Toyuğun döş ətini hissələrə ayırıb, duz, limon suyu əlavə olunmuş suda 2 saat saxlayırsan. Qabıqları soyulmuş feyxoa da dilimlənmiş halda olmalıdır. Sonra böyük bir qaba toyuğu əlavə et. Hər tikənin arasına feyxoa dilimləri qoy. Bayaq toyuğun döş ətini qoyduğun marinadlaşmış suyu da əlavə et və üzərinə pendir rəndələ. Üzərini falqa kağızı ilə bük və 150 dərəcədə 60 dəqiqə bişir.

Feyxoadan həmçinin kompot, jele də hazırlamaq mümkündür. Bu meyvədən salatlar da hazırlamaq olar. Belə ki, bitkilərlər, pendirlə, ət və balıqla çox dadlı salatlar alınır. Bu unikal ekzotik meyvə güclü antioksidantdır, tərkibində yod, vitamin kompleksləri və minerallar var.
Etiketlər: əlavə, etmək, dadlı, ekzotik, feyxoa, olunur, hazırlamaq, Feyxoanı, edirik, içlik, qədər, ətini, salatlar, lazımdır, şəkər, istifadə, arasına, Pancake, Sonra, qatmaq
BİZİ İZLƏYİN