• İtalyansayağı dadlı makaron bişirməyin hiylələri

Reseptin məlumatları Baxış sayı: 4 928

Tarix : 2-05-2017, 09:00

Bölmə : Məsləhətlər


Sən də makaron "dəli"sisənsə bu kiçik məsləhətlər tam sənlikdir! Daha dadlı makaron bişirmək üçün bu məsləhətlərə ehtiyacın ola bilər:

- Makaronu qaynadarkən suyuna bir az kərə yağı və bir neçə damcı bitki yağı əlavə etsəniz makaronlar bir-birinə yapışmaz

- Su qaynadıqdan sonra makaronu suya əlavə etməmişdən qabaq suya bir az duz əlavə edin. Bu makaronunuzu daha dadlı edər. Əgər qaynamamış suya duz əlavə etsəniz su daha gec qaynayar.

- Qaynamış makaronu yağlamaq üçün makaronun içinə yağ əlavə edib 1-2 dəfə qazanda çevirin.

- Əgər makaron üçün hazırladığınız sous yağlıdırsa, makarona əlavə yağ tökməyə ehtiyac yoxdur.

- Makaron bişirmək üçün həmişə dərin qazanlara üstünlük verin. Bol suda qaynadın. Bu makaronun daha rahat qaynamasına şərait yaradacaq.

- Qaynama suyuna 1-2 incə doğranmış baş soğan, kök və tərəvəz əlavə etsəniz, daha dadlı makaron əldə etmiş olarsınız.
Etiketlər: əlavə, makaron, dadlı, etsəniz, makaronu, makaronun, bişirmək, suyuna, yoxdur, Makaron, həmişə, dərin, ehtiyac, tökməyə, hazırladığınız, yağlıdırsa, etmiş, makarona, qazanlara, verin
BİZİ İZLƏYİN