• Boyat çörəkdən hazırlanan 4 dadlı yemək

Reseptin məlumatları Baxış sayı: 11 514

Tarix : 9-12-2017, 22:00

Bölmə : Məsləhətlər


Boyat çörəkləri atmaq və ya quşlara yem etmək əvəzinə daha da faydalı halda istifadə edə bilərsən. Necə?

Çörək qovurması
Boyat çörək dilimlər halında doğranılır. Tavada qaynar halına gətirilmiş kərəyağə ilə qovrulur. Çörəklər qovrularkən üzərinə soyuq su da əlavə edilir. Yaxşıca qarışdırıldıqdan sonra qazanın qapağə bağlanılır və 5 dəqiqə bişirilir. Bu yeməyi qızardılmış toyuq və ya kotletlə bəbar servis edə bilərsən.

Dilim pizza
Boyat çörək dilimlərinə kərəyağı çəkilir. Yumurta, ağ pendir, çəfəri və pul bibər qarışdırılır çörək dilimlərinin üzərinə bol-bol çəkilir. Bu qarışıma kiçik doğranmış pomidor və acı bibər də əlavə edilə bilər. Dilimlər pendir qızarana qədər sobadan qızardılır.

Boyat çörək şiriniyyatı
Boyat çörəklər xırda-xırda dilimlənir və sobada suxari halına gətirilir. Bir çörək üçün 2 stəkan şəkər ili 2 stəkan su qaynadılır. Yarım limonun suyu əlavə edilir. Hazırlanan şərbətsoyuduqdan sonra çörək dilimlərinin üzərinə gəzdirilir. Mövsüm meyvələri çörək dilimlərinin üzərinə düzülür.

Çörək halvası
Bir qazanda 3 stəkan ovulmuş çörək içini, yarım stəkan ərimiş margarin və ya kərəyağında tez-tez qarışdıraraq xəfifcə qızarana qədər qovrulur. Başqa bir qazanda isə 1 stəkan şəkər və 1.5 süd qaynadılır ilıqlaşdırılır. Vanil də əlavə edilir. İlıq süd şərbəti çörəkli qarışıma qarılır. Qazanın qapağı bağlı şəkildə 15 dəqiqə saxlanılır. Dənə-dənə olan halvalar servis boşqabına qoyulur kokos qırıntıları ilə bəzədilir.
Etiketlər: çörək, Boyat, stəkan, əlavə, üzərinə, edilir, dilimlərinin, qovrulur, pendir, halına, bibər, qaynadılır, çəkilir, qazanda, dəqiqə, sonra, servis, qarışıma, şəkər, Çörək
BİZİ İZLƏYİN