• Əllərimizdən gələn soğan iyini necə yox edə bilərik

Reseptin məlumatları Baxış sayı: 2 242

Tarix : 12-02-2018, 18:00

Bölmə : Məsləhətlər


Elə bir yemək yoxdur ki, orada soğandan istifadə olunmasın. Soğanı doğramaq bir dərd, doğradıqdan sonra əlimizdən gələn qoxu isə başqa bir dərdir. İndiyə qədər bir çox vasitələr deyilib və heç bir müsbət nəticə əldə olunmayıb.

Pomidor Suyu.
Soğan doğradıqdan sonra ən az 5 dəqiqə ərzində əllərinizi pomidor suyunda saxlasanız, soğan iyindən əsər-əlamət qalmayacaq.

Əllərinizi duz ilə ovun.
Soyuq su və duzdan hazırlanan bu qarışıq qatı olmalıdır ki, əllərinizi 5 dəqiqə saxladığınız bu qarışıqdan çıxarıb duruladıqdan sonra soğan iyi gəlməsin. Ancaq bu üsulu etdikdən sonra mütləq əllərinizə nəmləndirici krem çəkməyi unutmayın. Çünki duz əllərinizi quruda bilər. Əllərinizi paslanmaz dəmirə sürtün.

Paslanmaz dəmirdən hazırlanmış bir çox məişət texnikalarımız var. Soğan doğradıqdan sonra əllərinizi elə mətbəxdəki krantınıza sürtə bilərsiniz. Əllərinizi dəmir bir qaşığa da sürtə bilərsiniz. Çünki soğanın daxilində olan pis qoxuya səbəb olan sulfid malekulları metal ilə bir-birlərinə təsir göstərərək neytrallaşır. Limon suyunda saxlayın.

Əllərinizi limon suyunda 3 dəqiqə ərzsində saxlasanız, pis qoxudan əsər-əlamət qalmayacaq. Əgər evinizdə limon yoxdursa, sirkə və ya su, duz və bir-iki damcı yod əlavə edərək qarışdırdığınız qarqaranın içində saxlaya bilərsiniz.
Etiketlər: sonra, əllərinizi, Əllərinizi, doğradıqdan, bilərsiniz, suyunda, dəqiqə, sürtə, Ancaq, əlamət, Soğan, saxlasanız, soğan, qalmayacaq, limon, Çünki, dəmirə, qaşığa, paslanmaz, quruda
BİZİ İZLƏYİN