• Divarlardakı kifi necə təmizləmək olar?

Reseptin məlumatları Baxış sayı: 6 348

Tarix : 19-08-2018, 18:00

Bölmə : Məsləhətlər


Bir göbələk növü olan kif nəmli mühitdə əmələ gələrək çoxalır. Evinizin divarlarındakı kifin yaranma səbəbi də evinizin nəmli olmasıdır. İlk yarandığı andan müdaxilə edilməzsə, daha geniş məsafələrə yayıla bilər.

Beləliklə, kifli divarın kifini mütləq təmizləmək lazımdır. Hələ yeni yaranmağa başlayan kifi quru bir parça ilə təmizləyə bilərsiniz. Bununla hələ təzə yarandığı üçün yayılmasını əngəlləmiş olarsınız. Quru parça ilə sildikdən sonra divarı bir də paraşoklu suda isladılmış bir bezlə silməklə kifin yaranmasının qarşısını ala bilərsiniz.

Divardakı kif çoxdan yaranmış və çox yayılmışdırsa, paraşoklu suyu bir sprey qabına töküb kifin üzərinə çiləyin. Lakin bu zaman kif olmayan hissələrə çiləməməyə diqqət yetirin. Kif getdikdən sonra divarı bir quru bezlə silin.

Bu üsulları tətbiq edərək divarınızdakı kifi təmizləyə bilər və yaranmasının qarşısını ala bilərsiniz.

Kifin yarandığı bölgələri ən az ayda bir dəfə havalandırın.

Evinizdəki nəmi 45-55 % aralığında saxlayın.

Evin hər hansı yerində yemək artıqları saxlamayın.

Zirzəminiz nəmlidirsə, divarlarına tez-tez nəzarət edin. Əgər kif qoxusu vardırsa, yerə xlorlu əhəng tökün. Bir necə gün sonra süpürüb təmizləyin və zirzəmini havalandırın.

Heç bir üsul kömək olmursa, kif öldürücü dezinfeksiya edən maddələrdən istifadə edin.
Etiketlər: sonra, kifin, bilərsiniz, yarandığı, bezlə, parça, paraşoklu, bilər, təmizləyə, havalandırın, qarşısını, divarı, yaranmasının, nəmli, Kifin, divarınızdakı, bölgələri, Evinizdəki, zaman, hissələrə
BİZİ İZLƏYİN