• Gündəlik həyatınızda istifadə edəcəyiniz praktik məlumatlar

Reseptin məlumatları Baxış sayı: 2 707

Tarix : 28-07-2018, 18:00

Bölmə : Məsləhətlər


Gündəlik həyatımızda bəzi çətinliklərlə qarşılaşırıq. Ancaq bizim deyəcəyimiz bəzi praktik məlumatlarla bunların öhdəsindən asanlıqla gələ bilərsiniz.

- Soğanın başını və ucunu təmizləyib mikrodalğalı sobaya qoyun. 30 saniyə saxladıqdan sonra götürüb doğramağa başlayın. Bu sayədə gözləriniz yaşarmayacaqdır.

- Bişirdiyiniz tərəvəzlərin rəngini itirməməsini istəyirsinizsə, içinə limon suyu əlavə edin.

- Holland pendirini uzun müddət saxlamaq üçün onları bir neçə hissəyə bölüb buzxanaya yerləşdirin. Lazım olduqda götürüb buzu açıldıqdan sonra istifadə edə bilərsiniz. Bu üsul sayəsində pendirləriniz hər zaman təzə qalacaqdır.

- Naftalin iyindən xoşunuz gəlmirsə, şkaflarınıza limon qabığı qoya bilərsiniz.

- Əgər ayaqqabınız ayağınızı sıxırsa, ayaqqabını buxara verin.

- Yumurtaları qaynadarkən çatlayırsa, suyuna bir az sirkə əlavə edin.

- Ayaqqabılarınız pis qoxursa, içinə gecədən bir miqdar soda tökün və səhər boşaldın. Beləliklə, qoxunun getdiyinin şahidi olacaqsınız.

- Çəkməcələriniz çətin açılıb örtülürsə, relslərinə sabun çəkib bu problemdən qurtula bilərsiniz.

- Xalçanıza saqqız yapışıbsa, həmin bölgəyə buz torbasını sürtərək asanlıqla saqqızı təmizləyə bilərsiniz.

- Unlarınızı saxlayarkən içində böcəklər yaranırsa, unu yığdığınız qabın içinə dəfnə yarpağı yerləşdirin.
Etiketlər: bilərsiniz, içinə, asanlıqla, yerləşdirin, sonra, götürüb, limon, əlavə, tökün, miqdar, şahidi, səhər, Beləliklə, getdiyinin, boşaldın, qoxunun, gecədən, qoxursa, ayaqqabını, buxara
BİZİ İZLƏYİN