• Ləzzətli çay dəmləməyin sirləri

Reseptin məlumatları Baxış sayı: 6 081

Tarix : 8-06-2017, 10:00

Bölmə : Məsləhətlər


Qara çay yaxşı dəmləndiyi zaman sanki insana psixoloji olaraq xoşbəxtlik verir. Əgər siz də çayınızın məşhur olmasını istəyirsinizsə, bu qaydalara uyğun şəkildə çay dəmləyin:

Ləzzətli çay dəmləməyin sirlərindən birincisi çay dəmlədiyiniz suyun keyfiyyətli olması və keyfiyyətli çaydan istifadə etməkdir.

Adətən, nə qədər çaydan istifadə edəcəyiniz çayın qablaşdırılmasının üzərində yazılır. Ölçünü həmin qeyd edilən ölçüyə uyğunlaşdırmağınızda fayda var.

Çaydanda çay qaynadılır. Qaynadıqdan sonra qazın üzərindən götürülüb, buxarı azalanadək gözlədilir. Çünki qaynar suyu birbaşa çaya əlavə etdikdə çay bişir və dadı qaçır. Buna görə də mütləq çayı bir az gözlədib, sonra istifadə etməliyik.

Çaynikə lazımi qədər su qoyulur. Qara çay suya əlavə edilir. Bu zaman çay qətiyyən qarışdırılmamalıdır. Çaynikin qapağı örtülməlidir.

Təxminən 8-10 dəqiqə çayın dəmlənməsini gözləmək lazımdır. Çay aşağı çökdüyü zaman çayınız içilməyə hazırdır.
Etiketlər: istifadə, zaman, çayın, qədər, əlavə, çaydan, keyfiyyətli, sonra, etdikdə, bişir, qaçır, mütləq, qaynar, götürülüb, üzərindən, qazın, buxarı, azalanadək, gözlədib, Çünki
BİZİ İZLƏYİN