• Folqanı ev işlərində belə istifadə edin

Reseptin məlumatları Baxış sayı: 2 416

Tarix : 30-07-2018, 18:00

Bölmə : Məsləhətlər


Adətən biz folqanı mətbəxdə istifadə edirik. Lakin folqa bəzi ev işlərində də bizə çox yaxşı kömək edə bilər.

İstinin saxlanılması
Folqanı istilətmə sistemlərin arxasında yerləşdirdikdə isti folqadan əks olunur və itkisiz evdə qalır.

İdeal ütüləmə
Ütüləmə zamanı paltarın altına folqa qoyduqda paltar ideal şəkildə ütülənir və bütün qırışlar açılır. İsti ütü folqanı da qızdırır ki, nəticədə isti parçaya hər iki tərəfdən təsir edir.

Mətbəxdə istifadəsi
Boğazı nazik olan qaba mayeni tökmək üçün adətən qıfdan istifadə olunur. Qıf yoxdursa folqanı qıf şəklində bükün və maye tökmək üçün istifadə edin.

Qayçıların itilənməsi
Qayçıları itiləmək üçün folqanı bir neçə qat qatlayın və qayçı ilə kəsin. Nəticədə qayçı itilənəcək.

Qaz plitəsinin təmiz saxlanması
Yemək bişirilməsi zamanı qaz plitəsi çirklənir. Bunun qarşısını almaq üçün plitəyə qabaqcadan folqa sərin.

Bananın saxlanması
Bananın yuxarı hissəsini folqaya bükəndə daha çox qalır.
Etiketlər: folqanı, folqa, istifadə, qalır, tökmək, zamanı, qayçı, olunur, saxlanması, Bananın, Qayçıları, itilənməsi, itiləmək, qatlayın, kəsin, folqaya, Qayçıların, bükün, bükəndə, mayeni
BİZİ İZLƏYİN