• Təcrübəli ev xanımlarının məsləhətləri

Reseptin məlumatları Baxış sayı: 2 621

Tarix : 28-06-2017, 10:00

Bölmə : Məsləhətlər


Çuğundur tez bişsin deyə, onu soyuq suya deyil, qaynayan suya salın.

- Dadlı qayqanağın sirri - yumurtanı çaldıqda 1-2 xörək qaşığı soyuq su əlavə edin və yaxşı çalın.

- Soğanın acılığını götürmək üçün soğanı doğrayın, süzgəcə yığın və üzərinə qaynar su tökün.

- Makaronlar yapışmasın deyə bişirilmə zamanı suya 1 xörək qaşığı bitki yağı əlavə edin.

- Vineqret salatını daha dadlı və zərif etmək üçün salata 1 xörək qaşığı süd və 1 çay qaşığı şəkər tozu əlavə edin.

- Kələmi qızartdıqda rəngini saxlamaq üçün doğradıqdan sonra əvvəl üzərinə qaynar su tökün, sonra 1 dəqiqə ərzində soyuq suda saxlayın. Daha sonra isə yaxşı sıxın və qızardın.

- Mayalı xəmir hazırladıqda fikir verin ki, bütün inqrediyentlər eyni temperaturda olsun. Bunun üçün soyuducudan çıxarılan məhsulları (yumurta, kərə yağı) qabaqcadan soyuducudan çıxardın və 30 dəqiqə - 1 saat ərzində ev temperaturunda saxlayın.

- Piroqlara, bulkalara, sobada bişirilən pirojkilərə gözəl parıltı vermək üçün bişirdikdən əvvəl onların üzərinə çalınmış yumurta, süd və ya şirin su çəkin.

- Qızardılmış ətin yumşaq və zərif alınması üçün onu qızartdıqdan əvvəl kiçik tikələrə doğranmış kivi və ədviyyatların qarışığında 2 saat saxlayın. Bundan artıq saxlamaq olmaz.

- Kotletlərin dadını yaxşılaşdırmaq üçün farşa sürtgəcdən keçirilmiş çiy kartof və ya kök əlavə edin.
Etiketlər: əlavə, qaşığı, əvvəl, sonra, üzərinə, xörək, saxlayın, soyuq, saxlamaq, dəqiqə, qaynar, tökün, zərif, ərzində, yumurta, yaxşı, soyuducudan, bişirilən, sobada, pirojkilərə
BİZİ İZLƏYİN